Məzmuna keç

Ciddilik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ciddilik gülüşlə, gülüş isə ciddiliklə yox olur. Aristotel
  • Ciddilik xarakterin əsasıdır. Onore de Balzak
  • Ciddilik, tərbiyəçinin güclü xarakteri, onun qüsursuz davranışı ilə özünü doğrultduqda və xeyirxahlıqla uyğunlaşdıqda, çətin ki, bu bizdə qəzəb hissi doğura bilsin. Onore de Balzak
  • Ciddilik, zehin əskikliklərini örtmək üçün icad edilmiş bir rəftardır. Fransua de Laroşfuko
  • Göstərə biləcək gücündə olduğun keyfiyyətləri göstər: səmimiyyət, ciddilik, zəhmətdə dözümlülük, həzzə biganəlik, aza qane olmaq bacarığı, xeyirxahlıq, açıqlıq, səthi şeylərə nifrət, saxta səxavətlikdən azad olma. Mark Avreli
  • Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o, nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır. Fərabi
  • Mülayimlik və yumşaqlıq tərifə layiqdir, ancaq ciddiliyin tətbiq edilmə həddi ilə. Mark Tulli Siseron

İstinadlar

[redaktə]