Fasiləsiz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bəşəriyyət tarixi ideyalar və mənafelər arasında gedən fasiləsiz mübarizədir; bu mübarizədə mənafelər ötəri, ideyalar isə uzun müddətə qələbə çalır.[1] Emilio Kastelyar
- Bir işlə məşğul olanda, deməyə bir şey olanda danışırlar. Avaralıqda isə fasiləsiz danışmaq tələbatı yaranır. Jan Jak Russo
- Bu dünyada fasiləsiz olaraq işləyən analar və evdar qadınlardan başqa heç bir işçi yoxdur. Onlar tətilin nə olduğunu bilməyən bir sinifdəndirlər. Anna Morrou Lindberq
D
[redaktə]- Dünyada heç kim mükəmməl, yəni tam formalaşmış doğulmur, amma hər cür həyat fasiləsiz hərəkət edən inkişafdan, aramsız formalaşmadan ibarətdir. Vissarion Belinski
H
[redaktə]- Həqiqət hər kəsə yaşamaq üçün gərəkdir və onu kimdənsə almaq, nə yollasa əldə etmək mümkün deyil. Həqiqəti hər kəs fasiləsiz olaraq özü öz içindən yaratmalıdır, əks təqdirdə, insan məhv olar. Həyat həqiqətsiz mümkün deyil. Bəlkə də həqiqət elə həyatın özüdür. Frans Kafka
İ
[redaktə]- İnsan zəkası həmişə hansısa bir fəaliyyətə can atır və heç bir halda fasiləsiz istirahətə dözmür. Mark Tulli Siseron
M
[redaktə]- Mən qadınlar haqqında son sözümü hələ deməmişəm. "Mən inanıram ki, əgər qadın kütlədən uzaqlaşmağa və ya daha yaxşısı, özünü kütlə üzərinə qaldırmağa müvəffəq olursa, o fasiləsiz və kişidən daha çox inkişaf edir."[2] Artur Şopenhauer
Ö
[redaktə]- Özünüzü fasiləsiz olaraq, hətta ən qəmli və kədərli dəqiqələrdə xoşbəxt hiss etmək istəyirsinizsə, olacaqla razılaşmağı bacarmalısınız və sevinməlisiniz ki, bundan da pis ola bilərdi. Anton Çexov
T
[redaktə]- Təbiət kədərin fasiləsiz davam etməsinə imkan verməsə də, bəzən insan öz qayğılarından özü azad olmalıdır. Mayn Rid
Z
[redaktə]- Zamanla vicdanın satılması ilə fasiləsiz təhqir edilən ruh dayazlaşır, nəcib fikirlərin yayları paslanır, bayağılığın ilgək qarmaqları laxlayır və o özü-özünə fırlanmağa başlayır. Onore de Balzak