Məzmuna keç

Fitnə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanılmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur. Abbasqulu ağa Bakıxanov
  • Deyəsən, siz federal hakimləri bütün konstitusiya məsələlərinin əsas hakimi hesab edirsiniz, bu çox təhlükəli doktrinadır... Bizim hakimlərimiz... başqaları kimi partiyaya, hakimiyyətə və korpusun imtiyazlarına münasibətdə eyni ehtiraslara malikdirlər. Onların hakimiyyəti daha təhlükəlidir, çünki onlar ömürlük vəzifədədirlər və digər funksionerlər kimi seçkili nəzarət qarşısında məsuliyyət daşımırlar. Konstitusiya belə bir tək tribunal yaratmamışdır, çünki bilir ki, hansı əllərə sırınırsa, zamanın və partiyanın fitnəsi ilə onun üzvləri despotlara çevriləcək. Tomas Cefferson
  • Əgər fitnə-fəsad, zorakılıq, quldurların, yaxud düşmənlərin silahı həyatımıza təhlükə yaradırsa, o halda özünümüdafiənin hər üsulu bəraət qazanır. Çünki, qanunlar silahın səsindən susur. Mark Tulli Siseron
  • Helm ona deyilir ki, nəfsdə həlimlik olsun, qəzəb onu tez yerindən oynada bilməsin, xoşuna gəlməyən bir hadisə baş verəndə özündən çıxıb fitnə qoparmasın. Nəsirəddin Tusi
  • Qadınlar öz talelərini həll edəcəklər - kişilərin onlar üçün edə biləcəyindən daha yaxşı. Qadınlara bütün fitnələr ona görədir ki, kişilər qadınların taleyini formalaşdırmağı öz öhdələrinə götürürlər. Svami Vivekananda
  • Qızılı, gümüşü, misi, ipəyi və bu kimi şeyləri ölçü-biçisiz verən Çin millətinin sözü şirin, kumaşı yumşaq, yəni hədiyyəsi cəlbedicidir. Çinlilər bu şirin dilləri və cəlbedici hədiyyələri ilə uzaq xalqları aldadırlar. Fitnə elmini yaxına çəkib yerləşdirdikdən sonra yayırlar. Yalnız bundan sonra uzaq tayfalar çinlilərin nə qədər pis olduğunu anlayacaqlar. Bilgə xaqan
  • Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi.[1]
    • Azərbaycan tarixçisi Rzaqulu bəy Mirzə Camal oğlu. “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”.
  • Şübhədən çəkinin. Çünki şübhə fitnə və yoldan azdırmaq məqsədilə ortaya atılmışdır. Əli
  • Yaxşılara yoldaş olun, şərdən, şeytandan qaçın,
    El içinə fitnə salan ara vurandan qaçın. Aşıq Şəmşir
  • Yəhudi əsl vətənpərvər ola bilməz. O, pis böcək kimi fərqli bir şeydir. O, fitnə-fəsad törədə biləcəyi yerdən kənarda saxlanılmalıdır - hətta lazım gələrsə, qırğınlar da. Yəhudilər Rusiyada və Almaniyada da bolşevizmə görə məsuliyyət daşıyırlar. Hökmdarlığım zamanı onlara qarşı həddən artıq laqeyd idim və görkəmli yəhudi bankirlərinə göstərdiyim yaxşılıqlara görə çox təəssüflənirəm. II Vilhelm

İstinadlar

[redaktə]
  1. Qarabağnamələr. II kitab.B.2006.