Gənclik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bu dünyada gənclik və gözəlliyin bir mənası yoxdur; bir-birinin eynilə yoldaşı, ruhları görünməz olmuş bədənlərlə dolu ucsuz-bucaqsız bir toplama düşərgəsindən başqa bir şey deyildir yaşadığımız dünya. Milan Kundera
- Bu verdiyin gənclik iksiri ikinizi də div kimi etdi (gənclik iksirini çox içib körpəyə çevrildiyində). Coni Bravo
- Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.. Napoleon Bonapart
D
[redaktə]- Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və faləkətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürürlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
- Əldən getməyincə dəyərini anlaya bilməyəcəyimiz iki şey var: sağlamlıq və gənclik. Həzrəti Əli
X
[redaktə]- Xəyal - gəncliyin dostudur. A.Rivorol
H
[redaktə]- Haqqları və zövqləri əlindən alınan gənclər, onların yerinə daha gizli və təhlükəli olanları qoyur. Jan Jak Russo
- Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur..Uilyam Şekspir
G
[redaktə]- Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır..[ Albert Kamyu ]
- Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmaz. Hümam Təbrizi
- Gənclik həmişə fədakardır. A.İ.Gertsen
- Gənclik hər şeyə yaxşı nəzərlə baxır. Frans Kafka
- Gənclik hər zaman xoşbəxtdir, çünki gözəlliyi duymaq bacarığındadır. Bu bacarığın tükəndiyi yerdə ümidsiz qocalıq və bədbəxtlik başlanır. Frans Kafka
- Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. N.V.Qoqol
- Gənclik, sahib olmağa dəyər tək şeydir. Oskar Uayld
- Gənclik yaşında əldə edilmiş hər şey möhkəm və davamlı olur. Yan Komenski
- Gənclik yeni nəsil deməkdir.Kökünə bağlı,əcdadının yolu ilə gedən,milli,mənəvi dəyərlərinə, sadiq,əyilməz,alnıaçıq,həm də dükənməz gücdür..[ “Fyüzat” jurnalından ]
- Gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir. İngilis atalar sözü
- Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm. Uinston Çörçill
- Gəncliyimizdə düşüncələrimizi meydana gətirən bütün mövzular sevgiylə əlaqədardır, sonraları isə bütün sevgimiz düşüncələrimiz olar. Albert Eynşteyn
- Gəncliyin qiyməti bilinsə, qocalığın şikayəti azalar. Türk atalar sözü.
- Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada kicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz.. [ İohan Vilhelm Snelman]
- Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər.. [ Həzrəti Əli əleyhissalam ]
İ
[redaktə]- İncəsənət gəncliyə tərbiyə, qocalığa qazanc, yoxsulluğa var-dövlət və var-dövlətə bəzək verir. Fridrix Şiller
M
[redaktə]- Müstəqil həyata qədəm qoyan gənclər utancaq və təvəzökar olmalıdır, öünə arxayınçılıq və lovğalıq son nəticədə azğınlğa çevrilə bilər.. Fransua de Laroşfuko
Ö
[redaktə]- Ömrün ən təhlükəli dövrü gənclikdir. Corc Bayron
Ü
[redaktə]- Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın. Xudu Məmmədov
Y
[redaktə]- Yaşlı vaxtlardakı xoşbəxtlik və ya bədbəxtlik, gənclik dövründə edilənlərin mükafatıdır. Brovninq
Z
[redaktə]- Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmandır.. [ “Fyüzat” jurnalından ]