Köməksiz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer

B[redaktə]

  • Biz amerikalılar özümüzü sülhsevər insanlar hesab edirik. Qana nifrət edirik, şiddətlə mübarizə aparırıq. Yenə də köməksiz vətəndaşlara uçan bombaların atılması ehtimalından məmnunuq. Maddi ehtiyac üzündən həyatını riskə atan və sənayenin maqnatlarından birinə hücum edən hər kəsi asmağa, elektrikli kürsüdə edam etməyə və ya linç etməyə hazırıq. Emma Qoldman
  • Biz anadan zəif doğuluruq-bizə güc lazımdır, biz anadan köməksiz doğuluruq - bizə kömək lazımdır, biz anadan mənasız doğuluruq - bizə ağıl lazımdır. Doğularkən malik olmadığımız və böyüyərkən onsuz keçə bilmədiyimiz hər şey tərbiyə ilə verilir. Jan Jak Russo

D[redaktə]

  • Dünyada ən yaxşı qılıncoynadan, ikinci yaxşı qılıncoynadandan qorxmamalıdır. Əlində heç vaxt qılınc tutmayan, ondan gözlənilən şeyi etməyən nadandan qorxmaq lazımdır. Ona görə də hər şeyi bilən adam onun qarşısında köməksizdir. Mark Tven

Ə[redaktə]

  • Əgər böyük insan olmaq istəyirsənsə, kimisə tərifləməməli, aldatmamalı, ölkənin əsl hədəfini bilməli və bu hədəfə can atmalısan. Hamı sənə qarşı olacaq, hər kəs səni dayandırmağa cəhd edəcək. Amma sən bunlara qarşı olacaqsan. Onlar sənə qarşı saysız-hesabsız maneələr yaradacaqlar. Sən bu maneələri heç kimdən kömək almadan, özünü böyük yox, miskin, zəif, köməksiz hesab edərək, yalnız özünə inanaraq dəf edəcəksən. Əgər bundan sonra sənə böyük insan desələr, sən onlara güləcəksən. Mustafa Kamal Atatürk
  • Əgər ehtiras təcrübəsiz təhlükəlidirsə, ehtirassız təcrübə köməksiz və əzgindir. Filip Dormer Çesterfild

H[redaktə]

  • Hökmdarın sirr verdiyi bütün insanlar ondan asılı olacaq və tamamilə köməksiz qalacaqlar. Çanakya/Hökmdar

K[redaktə]

Q[redaktə]

  • Qadınsız həyatın səhəri və axşamı köməksiz, günortası isə sevincsiz olardı. Pyer Büast

M[redaktə]

  • Məncə, quzunun həyatı insan həyatından heç də az qiymətli deyildir. Mən təsdiq edirəm: köməksiz hər bir varlığın insan qəddarlığından köməksiz olduğu qədər qorunmaq hüququ vardır. Mahatma Qandi

Ü[redaktə]

  • Ürəyin cəsarəti döyüş saatında, ruhun qorxmazlığı isə bütün sınaqlarda, bütün həyati vəziyyətlərdə sübut olunur. Hücumda başqa şeylərlə birlikdə öz həyatını da fəda etməyə qorxmayan əsgərin qorxmazlığı ilə qovulmasından qorxmayıb hökmrana həqiqəti deyən dövlət adamınınn qorxmazlığı arasında heç bir fərq yoxdur. İntiqamdan, güclü adamın təhdidindən qorxmayıb ədaləti köməksizə verən hakim mənim gözümdə qəhrəmandır. Denis Fonvizin

Y[redaktə]

  • Yaşlı insanın təbiətdə elmi axtarışı köməksiz çətindir. Qara Namazov

İstinadlar[redaktə]