Məzmuna keç

Kafir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.[1] İmam Kazım
  • Çap cəfəngiyyatının çox olması kafirlərin yox, axmaqların çox olmasından irəli gəlir. Denis Fonvizin
  • Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
  • Dünya möminin zindanı, kafirlərə behiştdir. Məhəmməd
  • Hər müqəddəsin/möminin bir keçmişi, hər kafirin/günahkarın də bir gələcəyi var. Oskar Uayld
  • Hətta kafir olsa belə, zülmə məruz qalanın qarğışından qorxun, çünki Ulu və Uca tanri ilə həmin məzlum arasında pərdə yoxdur. Məhəmməd
  • Qafqazın azadlığı üçün son gülləsinə, son qılıncına və sağlam qalan son biləyə qədər döyüşməyən kafirdir! Şeyx Şamil
  • Laqeyd, kafir, günahkar, diqqətsiz və ya təcrübəsiz bir adama dini xüsusları əhd etmə. Belə adamlara dövlət idarəsini tapşırma. Allahdan qorxmayan məxluqlardan qorxmaz. I Osman
  • Mən Allah peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam, Mənəm İslamda öncül bütləri sındıran, kafirlərlə vuruşan və Din düşmənlərini məhv edən. Əli

İstinadlar

[redaktə]
  1. ət-Tovhid, səh.407, hədis 5