Müəllif
Görünüş
Müəllif — yaradıcı əməyi ilə hər hansı bir əsər, ixtira və ya mətn yaradan şəxs.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1]Rual Amundsen
H
[redaktə]- Hansısa bir müəllif yazdığı faciəni Volterə təqdim edib ona faciə barədə fikrini bildirməyi xahiş edir. Volter əlyazmanı oxuyub belə cavab verir: "Belə bir faciə yazmaq çətin deyil. Çətinlik, müəllifə nə cavab verilməsindədir". Volter
- Həmişə özümü ikinci dərəcəli müəllif hesab etmişəm. Mənim "qabı"m çox balacadır, ancaq onu diqqətlə araşdırmağa çalışıram. Leonard Koen
K
[redaktə]- Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır. Viktor Hüqo
Q
[redaktə]- Qrammatik çox pis müəllif, yaxşı müəllif isə pis qrammatik ola bilər. Pyer Büast
M
[redaktə]- Müəllif kitabın yalnız yarısını yazır, digər yarısını oxuçu yazır. Cozef Konrad
- Müəllif nitqi və usta sənəti xalqa məxsusdur. Qazax atalar sözləri
- Müəllif öz adına və oxucuya hörmət etməlidir. İlyas Əfəndiyev
P
[redaktə]- Pis kitab yoxdur, pis müəllif vardır. Tofiq Hüseynzadə
Y
[redaktə]- Yaxşı kitab o kitabdır ki, müəllif nə lazım olduğunu söyləyir, nə etməməli olduğunu söyləmir və lazım olduğu kimi danışır. Aristotel
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014