Məzmuna keç

Müsibət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ən böyük müsibət ağıl kəsərkən tapılanı itirməkdir. Xudu Məmmədov
  • Kim müsibət günü istər ona bir yar olsun,
    De ki, xoş gündə özü xalqa havadar olsun. Sədi Şirazi
  • Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbr və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
  • Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.[2] İsa
  • Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.[3] İmam Kazım

İstinadlar

[redaktə]
  1. Tuhəful-Uqul, səh. 414
  2. Luka 6:46-49
  3. Camiul-Əxbar, səh.313, hədis 870