Məzmuna keç

Məmur



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Balıq tutmaq həvəsi məmurlara dəftərxanadakı işlərini xatırladır. Onore de Balzak
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
  • Əgər insan ona yad, məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin, teatrın, rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır. Anton Çexov
  • İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
  • Köpəyin qarnını doyuzdurmaq asandır, nəinki noyonun. (Noyon - knyaz, böyük feodal - məmur). Monqol atalar sözləri
  • Məmur məni qanun adına həbs etdi, mən onu azadlıq adına şillələdim. ( Məhkəmə qarşısında, 1886) Klement Duval
  • Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər. Otto fon Bismark
  • Məmurlar yalnız iş yerində deyil, həm də, şəxsi həyatlarında izlənilməlidir. Onların nə yediklərini, nə içdiklərini, harada oturduqlarını, harada gəzdiklərini, necə geyindiklərini bilmək və hər yerdə onların həyatına müdaxilə etmək lazımdır. Rəşad Nuri Güntəkin
  • Rüşvətxor məmur əslində fahişədən də pisdir, çünki fahişə bədənini satır, məmur isə vicdanını. Çingiz Abdullayev
  • Sadiq məmur diləyənin özü də dürüst olmalıdır. O, Həzrəti Peyğəmbərin əmrlərinə itaət edəndir və şəriətdən vaz keçməyəndir. Zalım olmaqdan və xurafatdan (batil etiqaddan) çəkinəndir. I Osman
  • Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri