Mərifət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]
- Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi. Aşıq Ələsgər
B
[redaktə]- Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz. [1] Nizami Gəncəvi
İ
[redaktə]- İnsan düşünən, axtaran, yeni üfüqlərə çatmaq sevdası ilə səmanın və zamanın hər parçasından bir mərifət dərsi alan şəxsdir. Füyuzat jurnalı
M
[redaktə]- Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Məhəmməd Tağı Sidqi
- Məktəb elm və maarifin bağı, ağıl və fikir çiçəklərinin meyvəsidir. Elm və mədəniyyət bir günəş, məktəb də o günəşin doğduğu yerdir. Mərifət nuru həmişə oradan saçılır. Füyuzat jurnalı
N
[redaktə]- Nütfədən pak olan, loğmadan halal,
Mərifət elminə nabələd olmaz. Aşıq Ələsgər
S
[redaktə]- Sevər özünü öysün o kəs ki heç nə qanmaz,
Pul ilə heç bir zaman mərifət almaq olmaz. Abay Kunanbayev - Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[2] İmam Həsən