Memarlıq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
İ[redaktə]
- İstənilən memarlıq əsərinin, xüsusilə Göy məscid kimi epoxal tikintinin müəyyən memarlıq–bədii məktəbə şamil edilməsi onun genetik köklərinin və memarlıq planlaşma xarakteristikasının aydınlaşdırılmasını tələb edir. Konkret halda ancaq Yaşıl cami və Göy məscidin planlaşma quruluşunun təkamülünü izləmək, onları tutuşdurmaq yolu ilə Yaxın Şərqin bu məşhur abidələrinin – iki türk memarlıq nümunəsinin paralelliyini və özümlüyünü dəqiqləşdirmək olar.[1] Göy məscid (Təbriz)
- Cəfər Qiyasi - arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
M[redaktə]
- Memarlıq da həyatın bir xronikasıdır. O, mahnılar, əfsanələr susanda danışır. Nikolay Qoqol
O[redaktə]
- Orta və Kiçik Asiyada, İranda, Volqa boyunda aktiv yaradıcılıq ilə məşğul olan Təbrizin orta əsr memarlıq bəzəyi ustaları, sanki bütün bacarıqlarını Göy məsciddə nümayiş etdirərək kaşı mozaikasının təkamülünü başa çatdırmışlar. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik, əlvanlıq və gözəllik zirvəsidir. [1] Göy məscid (Təbriz)
- Cəfər Qiyasi - arxeoloq, memar, ssenarist, kino məsləhətçisi, AMEA-nın müxbir üzvü.
Ş[redaktə]
- Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır.[2] Şahbulaq qalası
- Rus zabiti, general-leytenant, hərbi yazıçı Vasili Potto.
- Şəhəri şəhər edən insanlardır, memarlıq deyil. [3] Bəhram Bağırzadə
T[redaktə]
- Təyinatına uyğun bizdə müəyyən hiss oyadan binanın memarlıq siması elə üslubun özü deməkdir. Stendal
İstinadlar[redaktə]
- ↑ 1,0 1,1 Cəfər Qiyasi. Təbriz Göy Məscidi. Qobustan, №1, Bakı, 1974
- ↑ Исмайылов, Фаиг. Принудительная арменизация. Баку: "Элм".2009
- ↑ Bəhram Bağırzadə: Allahsız olmuşuq