Məzmuna keç

Misallar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Biz misallar üzrə deyil, qanunlar üzrə yaşayırıq. İngilis atalar sözləri
  • Boşluğun reallığını göstərmək üçün tez-tez istifadə etdiyim bir misal belədir: tovuz quşuna baxın; öndən baxsanız gözəldir. Amma arxadan baxsanız, həqiqəti kəşf edərsiniz... Kim bu cür öz-özünə eybəcərliyə təslim olarsa, onların içində böyük bir bədbəxtlik gizlənir. Papa Fransisk
  • Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə söyləmiş, bilfel dəxi isbat eləmişiz. Buna qarşı: “vəqtilə ermənilər dəxi məqsədimiz Türkiyə Ermənistanıdır diyorlardı” – deyə şübhələr bəyan ediyorlar. Bu misal, yəni Azərbaycan Cümhuriyyətinin İran Azərbaycanı ilə işi olmadığı həqqindəki bəyanatı ermənilərin Ermənistan həqqindəki bəyanları ilə müqayisə eləmək bizi ismdən ziyadə müsəmma üstündə dayanmaya vadar ediyor. Məhəmməd Əmin Rəsulzadə
  • Deyilənə görə ölənlər barəsində ya yaxşı ya dakı heç bir şey söyləmək lazım deyildir. Məncə bu axmaq fikirdir. Bu misalı yaşayan insanlara aid etmək lazımdır. Çünki öləndən fərqli olaraq diri insanın xətrinə dəymək mümkün olur. Aqata Kristi
  • Dünyada qəribə davranış nümunələri çoxdur. Məsələn, dağın zirvəsinə qalxmaq. Çətin dırmaşmalar haqqında kitablar oxumusunuzsa, onların neçəsinin sevinc və xoşbəxtlik anları ilə dolu olduğunu heç düşünmüsünüzmü? Amma onlar əzab-əziyyətlə doludur! Əslində bu kitablarda şaxtadan, yeriməyin və nəfəs almağın nə qədər çətin olmasından, soyuqdan və digər çətin hallardan bəhs edilir. İnsanlar sadəcə xoşbəxt olmağa çalışsalar, zirvəyə çatan anda “Bu, dəhşətli səhv idi və mən bunu bir daha etməyəcəyəm. Sahildə bir yerdə dincəlmək və Mohito (zəif alkoqollu içki; kokteyl) içmək daha yaxşıdır." Amma bunun əvəzinə insanlar aşağı düşürlər və sağaldıqdan sonra yenidən dağlara çıxırlar. Əgər yüksəlişi misal götürsək, o zaman mühüm düşüncələrə səbəb olur. Bu, sona, zirvəyə necə çatmağınızla maraqlanmağınızı təklif edir. Mübarizədən narahat olursan, çətinliklər haqqında düşünürsən. Çoxlu sayda şeylər var ki, bizi qəribə şəkildə işləməyə sövq edir. Dan Arieli
  • Elm öyrənərkən misallar qaydalardan daha faydalıdır. İsaak Nyuton
  • Erməni abidələri, misal olaraq Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur. Təəssüflər olsun ki, Ermənistan əksinə, nəinki işğal olunmuş ərazilərdə mədəni abidələrimizi dağıdır, hətta Ermənistandakı Azərbaycan toponimlərini də dəyişdirir. Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb[1]. Hidayət Orucov
  • Heç vaxt ümidinizi itirməyin, inadkar və daha da inadkar olun. Tarixdə çoxlu misallar var ki, məğlub olanlar birdən-birə qalib də olurlar. Ümidin itirildiyinə heç vaxt qərar verməməlisiniz. Ted Kazinski
  • Mən demokratiyaya xas olan çətinlikləri və təhlükələri yaxşı bilirəm, lakin buna baxmayaraq, inanıram ki, bu, bizim yeganə ümidimizdir. Çoxlu misallar göstərir ki, bu ümid boşuna deyil. Karl Popper
  • Nə qədər qəribə olsa da, bəzən qaliblər məğlub etdikləri düşmənlərini təqlid edirlər. Tarixdən buna aid çoxlu misallar göstərmək olar. Lyuk de Klapye Vovenarq

İstinadlar

[redaktə]