Qızılgül
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ancaq qızılgül və ya ancaq inciçiçəyi qoxan ətirlər istəmirəm, mənə onların kombinasiyasını hazırlayın. Koko Şanel
Ə[redaktə]
- Əlinə tikan batmadan qızılgül toplaya bilməzsən. Bencamin Franklin
D[redaktə]
- Dostluq da sevgi kimidir. Gözəl və ətirli, tikansız, bir də tikanı olan qızılgül var. Vissarion Belinski
H[redaktə]
- Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən. Ömər Xəyyam
İ[redaktə]
- İnqilab qızılgüllərdən ibarət yataq deyil. İnqilab keçmişlə gələcək arasında döyüşdür. Fidel Kastro
K[redaktə]
- Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan belə bal hazırlayar. Kimisi etdiyin xırda yaxşılığı belə əbədi xatırlayar, kimisi də həyatı belə bağışlasan, yenə anlamaz,qədrini bilməz. Ömər Xəyyam
Q[redaktə]
- Qızılgüllər solur, tikanı qalır. Alman atalar sözləri
- Qızılgülü görmək üçün gözləri olana tikanları görməyə imkan ver. Rabindranat Taqor
Y[redaktə]
- Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo