Risk
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alternativ seçərkən müdrik başçı elə variant axtarır ki, onun nəticələri risk və məsrəflərdən çox olsun. Əsl başçı ümumi rifahın xeyrinə qərar qəbul edir. Atilla
B
[redaktə]- Bir qadının həyatda etdiyi ən böyük risk; Yeni lak sürtülmüş barmaqlarıyla üstünü geymək məcburiyyətində qalmasıdır. Bob Dilan
D
[redaktə]- Dünya yalnız yaxşılığa doğru gedir, çünki insanlar bu yolda risk edirlər. Paulo Koelyo
Ə
[redaktə]- Ən çox risk edən heç vaxt risk etməyəndir. İvan Bunin
H
[redaktə]- Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən. Oşo (Çandra Mohan Racniş)
- Heç vaxt yaxınlarını itirməyə risk etdiyin vaxt olduğu qədər onları sevmirsən. Anton Çexov
- Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət. Corc Bernard Şou
İ
[redaktə]- İlk baxışdan aşiq olmaq riskli bir şeydir. Çünki, ona qədər qız hələ oğlanın çek kitabçasını, oğlan isə qızı papilyotkada (saçları burmaq üçün işlədilən kağız lülə) görməyib. O.Henri
M
[redaktə]- Mənim kişilərlə bağlı çox tez qərarlar qəbul etmək tarixim var. Mən həmişə tez və riskləri ölçmədən aşiq olmuşam. Mən yalnız hər kəsin ən yaxşısını görməyə deyil, hər kəsin emosional olaraq ən yüksək potensialına çatmağa qadir olduğunu düşünməyə meylliyəm. Mən kişinin özü ilə deyil, kişinin ən yüksək potensialı ilə saymaq istəmədiyimdən daha çox aşiq olmuşam və uzun müddət (bəzən də çox uzun) bu münasibətə bağlı qalmışam. Romantikada dəfələrlə öz nikbinliyimin qurbanı olmuşam. Elizabet Gilbert
Ö
[redaktə]- Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri
R
[redaktə]- Risk altına girəcək qədər cəsur olmayan biri həyatda heç bir şey bacara bilməz. Məhəmməd Əli
- Risk etmək yaxşıdır. Həyatınızı dəyişdirmək istəyirsinizsə, risk edin. Barie Davenport
- Risk etməkdən qorxmaq çox zaman ondan da təhlükəli uduzmalarla nəticələnir. Rahid Ulusel
- Risk etməyən qazanmaz. Danimarka atalar sözləri
- Riskdən imtina etmək, yaradıcılıqdan imtina etməkdir. Anton Makarenko
S
[redaktə]- “Səni sevirəm” sözlərindən ömrünü uzatmaq istədi və indi ən kiçik risk də axmaqlıq kimi görünürdü. Corc Oruell
- Sənin simanda nə isə var idi. Risk etməyi qərara aldım. Yad adamları yaxşı tanıyıram. Səni görən kimi başa düşdüm ki, onlara qarşısan. Corc Oruell