Sübh
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Cadular sübh şəfəqin ilk əlamətlərindən dəhşətə gəldikləri kimi, müxtəlif təriqətlərin kahinləri də elmin nailiyyətlərindən, onları bəsləyən hiyləgər fəndlərin əldən çıxmasından qorxurlar. Tomas Cefferson
Ə
[redaktə]- Ədalət, axşam və sübh ulduzundan da gözəl fəzilətin ən alisidir. Aristotel
G
[redaktə]- Gecə nə qədər uzun olsa da, sübh açılacaqdır. Afrika atalar sözləri
H
[redaktə]- Həqiqətə olan istək qüvvəsi çiçək açdıqda, qaranlığın sübh işığının nuru qarşısında yox olduğu kimi, nəfs istəkləri də yox olur. Adi Şankara
Q
[redaktə]- Qadınların da öz cəmiyyətlərinə lazımi dəyişiklik və tərəqqi gətirməkdə rol oynaya biləcəyini inkar etmək istəyən kişilərin hələ də dedikləri köhnəlmiş Birma atalar sözü var: “Sübh ancaq xoruz banlayanda açılır”. Amma birma xalqı bu gün sübhün doğmasının və günortanın düşməsinin elmi səbəblərini yaxşı bilir. Ağıllı xoruz isə, şübhəsiz ki, sübh gəldiyi üçün banladığını başa düşür, əksinə deyil. Gecənin qaranlığını sovuşdurmaq üçün gələn işığı qarşılamaq üçün qışqırır. Bu dünyaya işıq gətirmək təkcə kişilərin səlahiyyətinə aid deyil: mərhəmət və fədakarlıq qabiliyyəti, cəsarət və əzmkarlığı ilə qadınlar dözümsüzlük və nifrət, əzab və ümidsizlik qaranlığını dağıtmaq üçün çox işlər görmüşlər. Ayn San Su Kyu
M
[redaktə]- “Mən şeh damlamı itirdim”, - deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir... Rabindranat Taqor
S
[redaktə]- Sübh olmadan gün gəlmir. Litva atalar sözləri
- Sübh saatı bizə qızıl bəxş eləyir. Alman atalar sözləri
- Sübh tezdən ruzi və hacət dalınca gedin, cünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir. Məhəmməd