Səmimilik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıl və intelligentlik eyniləşdirildikdə daşürəklilik yaranır. Ağıl və ləyaqət birləşdikdə səmimilik yaranır. Luule Viilma
  • Allah orucu vacib etdi ki, bəndələrin ixlası (səmimiliyi) sübut olsun. Fatimə

D[redaktə]

  • Digər insanlar arasında bir-birini bir-birinə sevgi və dəstək üçün seçən iki insanın yumor hissi, mehribanlığı, ağılı, bağışlamaq bacarığı, səbri və səmimiliyi olmalıdır, yadda saxlamalıdırlar ki, insan varlığının həyatı nə qədər kövrəkdir və möhkəm deyil və həyatlarının sonuna qədər bir-birinə hörmət etməlidirlər. Jozef Addison
  • Dinin təhlilindən söz düşəndə insanlar mümkün olan hər cür qeyri-səmimilik və intellektual qəbahətlərlə günahlandırılır. Ziqmund Freyd
  • Dostluq səmimilik deməkdir, yoldaşın səhvlərini tənqid etmək deməkdir. Nikolay Ostrovski

X[redaktə]

  • Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır. Lev Tolstoy

İ[redaktə]

  • İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin

R[redaktə]

  • Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər - müdriklik, diqqətlilik, səmimilik və iradədir. Oqust Rodin

S[redaktə]

  • Səmimilik, ağlına gələni yox, yalnız düşündüyünü deməkdən ibarətdir. Pyer Büast
  • Səmimilik tək-tük adamlarda aşkar oluna bilər və çox vaxt fəndlərdən ən ağıllısıdır - səmimiyyətə, çox vaxt başqalarından açıq etirafları çəkib çıxarmaq məqsədilə əl atırlar.[1] Fransua de Laroşfuko
  • Səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz. Fyodor Dostoyevski

T[redaktə]

İstinadlar[redaktə]

  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.83