Türklər

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

B[redaktə]

  • Bir türk başlı-başına bir millətdir. Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Bir Türk dünyaya əvəzdir. Mustafa Kamal Atatürk
  • Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. Mustafa Kamal Atatürk
  • Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır Şarl Lui Monteskyö fransız sosioloqu

E[redaktə]

  • Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. Mustafa Kamal Atatürk

D[redaktə]

  • Döyüşün zövqünü almaq istəyən hər kəs Türklərlə döyüşməlidir. Tovsend (İngilis komandir)
  • Dünya üzərində türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir!. Mustafa Kamal Atatürk
  • Dünyada iki bilinməyən şey var: biri qütblərdir, digəri türklər. Albert Sorel

İ[redaktə]

  • "İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər" - Napoleon Bonapart Fransa imperatoru
  • "İrq və millət olaraq məncə Türklər geniş imeratorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır." - Lamartine fransız yazıçısı, şair və dövlət adamı

M[redaktə]

  • Mən Türk millətinə hər şeyi öyrətdim, bircə yad millətə qulluq etməkdən başqa! Hz. Məhəmməd Peyğəmbər
  • Mənim türk adlı bir ordum vardır. Hz. Məhəmməd Peyğəmbər

N[redaktə]

S[redaktə]

  • Silahlı millətin ən canlı nümunəsi Türklərdir. Bu diyar kəndlisinin oraq, katibinin qələm və hətta qadınlarının ətək tutmasında silaha sarılmış bir pəncə cəldliyi vardır. Türk ata minər kimi oturar, kəşfə göndərilən əsgər kimi oyanıq gedər. Moltke
  • Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz... İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar. Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək. Mustafa Kamal Atatürk

Ş[redaktə]

  • Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. Oqtay Sinanoğlu
  • Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. Avqust Komte
  • Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır İbn Hassul

T[redaktə]

  • Türk dilini öyrənin, çünki onların uzun hakimiyyəti var. Mahmud Qaşğari
  • Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər. Albert Eynşteyn
  • Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Lady Mary Vortley Montagu
  • Türk milləti əslində əsgər millətidir. İlber Ortaylı
  • Türk millətinin xarakter və adətlərinə ən uyğun olan idarə, respublika idarəsidir.
  • Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq. Mustafa Kamal Atatürk
  • Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir. Komenius (Çexiyalı müdrik)
  • Türk qorxmaz, qorxudar. Bir şey istəsə, onu etmədikcə imtina etməz. Hansı işə əl atsa, bacarar. Səmama İbni Əşrəş
  • Türk millətinin istedadı və qəti qərarı mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir. Mustafa Kamal Atatürk
  • Türkə qarşı heç nə dura bilməz. Əl-Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Türkə yurdluq etməmiş bir qitə yoxdur. Mustafa Kamal Atatürk
  • Türkiyə cümhuriyyətini quran Türkiyə xalqına Türk milləti deyilir. Mustafa Kamal Atatürk
  • "Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk
  • Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür. Əl-Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Türklər sizə toxunmayınca, siz də onlara toxunmayın. Məhəmməd peyğəmbər
  • Türklər, şübhəsiz ki, Avropa tarixinin və yaxın Asiya tarixinin bildiyi ən xalis əfəndi millətdir. Kayzerling
  • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar. Əli bəy Hüseynzadə
  • Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz, ərəb filosofu, nasir
  • Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk; dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir. Torkvato Tasso İtalyan şair
  • Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo De Amikis.
  • Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi keçmiş işığını tapacaqdır - Feldmarşal von Moltke, Almaniya ordusunun Qərargah rəisi
  • Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt
  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)
  • Türklərin ürəkləri təmizdir. Onlarda batil fikirlər, sadə düşüncələr yoxdur. Səmama İbni Əşrəş (Ərəb səyyahı)

Y[redaktə]

Mənbə[redaktə]

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

Xarici keçidlər[redaktə]