Təəssürat
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
H
[redaktə]- Həqiqətdən irəli gələn təəssüratı bəzən müvəffəq olsa da, hər hansı hiylə ilə zəiflətmək çətindir. Teodor Drayzer
X
[redaktə]- Xahiş etməyi yox, təəssürat yaratmağı bacarmaq lazımdır. Gi de Mopasson
İ
[redaktə]- İlk növbədə təcrübə. Divan alım, yoxsa səyahətə gedim? Əgər belə bir seçim qarşısında qalmısınızsa, mütləq ikincini seçin. Sevinc və xoş təəssüratlar maddi şeylərdən dəyərlidir. Barie Davenport
- İlk təəssürat çox əhəmiyyətlidir.. İlk iki dəqiqə böyük bir ürəyi olduğunu fikirləşərsən; Sonra bir ömür o ürəkdə, ilk iki dəqiqəni axtararsan. İlhan Bərk
- İlk təəssürat keçicidir. Frans Kafka
- İlkin təəssüratı dəyişmək üçün bir də heç vaxt ikinci şansımız olmayacaq. Koko Şanel
- İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. Oqust Rodin
- «İndi» geniş planda xatirələrlə arzuların, dar planda isə təəssüratla istəyin vəhdətidir. Tur Xander
K
[redaktə]- Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər. Larry King
Q
[redaktə]- Qısa nitqlər həmişə daha məzmunlu olur və güclü təəssürat oyadır. Maksim Qorki
O
[redaktə]- Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
S
[redaktə]- Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
T
[redaktə]- Təbiətin öyrənilməsi və müşahidə edilməsi elmi yaratdı. Elə bir adam tapılarmı ki, şanlı abidələrin şahidi olmuş keçmiş onda təəssürat yaratmasın? Mark Tulli Siseron
V
[redaktə]- Verilən suala “Müsbət cavab verə bilmərəm, ilk təəssürata görə mühakimə edə bilmərəm” kimi məhdud sözlərlə cavab verən insan yaxşı edir: əsl təvazökarlıq bu cür edir. Amma ilk dəqiqədən öz təəssüratını bildirən, nə öz etibarını itirməkdən, nə də dostunun həssas hisslərini təhqir etməkdən qorxmayan insan comərd insandır. Nikolay Qoqol