Məzmuna keç

Türklər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir türk başlı-başına bir millətdir. Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Bir Türk dünyaya əvəzdir. Mustafa Kamal Atatürk
  • Biz türklər saf müsəlmanıq. Bidətin nə olduğunu bilmirik. Buna görə Allah bizi müqəddəs etdi. Alp Arslan
  • Biz Türklər, bütün tariximiz boyunca azadlıq və istiqlala timsal olmuş bir millətik. Mustafa Kamal Atatürk
  • Bizə məlumdur ki, türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır, ... fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. Əlişir Nəvai
  • Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır Şarl Lui Monteskyö
  • Döyüşün zövqünü almaq istəyən hər kəs Türklərlə döyüşməlidir. Tovsend (İngilis komandir)
  • Dünya üzərində türkdən daha böyük, ondan daha qədim, ondan daha təmiz bir millət yoxdur və bütün insanlıq tarixində görünməmişdir!. Mustafa Kamal Atatürk
  • Dünyada ərəblər kimi gözəl nağıl uyduran, farslar kimi bu nağılı gözəl danışan və türklər kimi bu nağıla inanan ikinci bir millət yoxdur. Mirzə Fətəli Axundov
  • Dünyada iki bilinməyən şey var: biri qütblərdir, digəri türklər. Albert Sorel
  • Ey Türk Gəncliyi! Birinci vəzifən, Türk istiqlalını, Türk Respublikasını, əbədi, mühafizə və müdafiə etməkdir. Mustafa Kamal Atatürk
  • İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər. Napoleon Bonapart Fransa imperatoru
  • İrq və millət olaraq məncə Türklər geniş imeratorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır. Lamartine fransız yazıçısı, şair və dövlət adamı
  • İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun buna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin. Həsən bəy Zərdabi
  • Müsəlman türklər Rusiyada özlərini əcnəbi saymırlar və rus xalqı ilə yaxınlaşmaqdan çəkinmirlər. İsmayıl Qaspıralı
  • Opera və operettalar türklər arasında gizli qalmış olan bir çox talantları gözəl səs sahiblərini meydana çıxarıb, türk sənaye-nəfisiyyəsi yolunda böyük addımlar atıldı, dram və opera yazıçıları arasında bədii bir rəqabət salıb, bir çox ciddi dram əsərləinin meydana çıxamasına səbəb oldu. Üzeyir Hacıbəyli
  • Silahlı millətin ən canlı nümunəsi Türklərdir. Bu diyar kəndlisinin oraq, katibinin qələm və hətta qadınlarının ətək tutmasında silaha sarılmış bir pəncə cəldliyi vardır. Türk ata minər kimi oturar, kəşfə göndərilən əsgər kimi oyanıq gedər. Moltke
  • Sizlər, yəni yeni Türkiyənin gənc övladları! Yorulsanız da belə məni izləyəcəksiniz... İstirahət etməmək üzrə getməyə qərar verənlər, əsla və əsla yorulmazlar. Türk Gəncliyi məqsədə, bizim yüksək idealımıza dayanmadan, yorulmadan gedəcək. Mustafa Kamal Atatürk
  • Şərqin mənəvi zənginliyi və Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. Oqtay Sinanoğlu
  • Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. Avqust Komte
  • Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır İbn Hassul
  • Türk dilini öyrənin, çünki onların uzun hakimiyyəti var. Mahmud Qaşğari
  • Türk əsgəri cəsurdur. Ana vətənini sevər və onun üçün lazım olsa çəkinmədən canını fəda edər. Albert Eynşteyn
  • Türk qadınlarının ən böyük bəzəyi Türk olmaqlarıdır. Onlar bəzənmək üçün almaz və ya zümrüd geyinmirlər, bəlkə üzərlərində daşıdıqları o daşları bəzəmiş və qiymətləndirmiş olurlar. Çünki hər Türk qadını canlı bir inci və qiymətsiz bir brilyantdır. Mari Monteqyu
  • Türk qorxmaz, qorxudar. Bir şey istəsə, onu etmədikcə imtina etməz. Hansı işə əl atsa, bacarar. Səmama İbni Əşrəş
  • Türk milləti əslində əsgər millətidir. İlber Ortaylı
  • Türk millətinin xarakter və adətlərinə ən uyğun olan idarə, respublika idarəsidir. Mustafa Kamal Atatürk
  • Türk övladı əcdadını tanıdıqca daha böyük işlər etmək üçün özündə qüvvət tapacaq. Mustafa Kamal Atatürk
  • Türk millətinin istedadı və qəti qərarı mədəniyyət yolunda dayanmadan, qorxmadan irəliləməkdir. Mustafa Kamal Atatürk
  • Türk uşaqları Sevr müqaviləsi ilə nə olacağımızı və Lozanna müqaviləsi ilə nə edəcəyimizi çox yaxşı bilməlidirlər. Falih Rıfkı Atay
  • Türkə qarşı heç nə dura bilməz. Əl-Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Türkə yurdluq etməmiş bir qitə yoxdur. Mustafa Kamal Atatürk
  • Türkiyə cümhuriyyətini quran Türkiyə xalqına Türk milləti deyilir. Mustafa Kamal Atatürk
  • "Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk
  • Türklər Avropadan atılmalıdır. Amerikalı Senator Lodge deyir ki, Türklər, Avropadan silinməlidir, toxumların yarası olan müharibələrin canlıları, qonşuları üçün lənət olsun, tamamilə İstanbul türklərindən uzaqlaşdırılsın. Türklər Asiya hindiləridir və onların taleyi onlar kimi olacaq.

Corc Kurzon (4 yanvar 192*0-ci ildəki[2] qeydlərindən)

  • Türklər elə bir millətdir ki, həyatda bir dənə belə qalsa, dövlət qurub intiqamını alar! Adolf Hitler
  • Türklər qəhrəmandır, dostlarına zərər verməzlər. Böyük türk milləti tutduğu əli buraxmaz, sözündən dönməz, yaxşı və pis gündə dostlarının yanında olar. Belə bir millətlə əl-ələ vermək, yer üzündə hər çətinliyə qalib gəlmək üçün güc qazanmaq deməkdir. Yan Komenski
  • Türklər olduqca namuslu insanlardır. Özləri və sözləri doğrudur… Yurdlarına bağlılıqları bütün duyğularından üstündür. Əl-Cahiz ( IX yüzil ərəb dahisi, 777-869)
  • Türklər ortaq türk dili ətrafında birləşərək varlıqlarını davam etdirə bilər. İsmayıl Qaspıralı
  • Türklər sizə toxunmayınca, siz də onlara toxunmayın. Məhəmməd peyğəmbər
  • Türklər, şübhəsiz ki, Avropa tarixinin və yaxın Asiya tarixinin bildiyi ən xalis əfəndi millətdir. Kayzerling
  • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar. Əli bəy Hüseynzadə
  • Türklər yalançı və ikiüzlü deyillər. Döyüşdə şərəfli ölməyi şərəfsiz yaşamaqdan üstün tuturlar. Corc Bayron
  • Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz, ərəb filosofu, nasir
  • Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk; dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir. Torkvato Tasso İtalyan şair
  • Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo De Amikis.
  • Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi keçmiş işığını tapacaqdır - Feldmarşal von Moltke, Almaniya ordusunun Qərargah rəisi
  • Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt
  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)
  • Türklərin ürəkləri təmizdir. Onlarda batil fikirlər, sadə düşüncələr yoxdur. Səmama İbni Əşrəş (Ərəb səyyahı)

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

Xarici keçidlər

[redaktə]
  1. Atatürk'ten sonra Atatürk, Gür yayınları, s. 33
  2. İngiliz Gizli Belgelerinden (Lord Curzon'un notları, Sayfa No: 992, Belge: 646) aktaran: Ulubelen, Erol, s. 200