Azərbaycan atalar sözləri/Ş: Redaktələr arasındakı fərq
Görünüş
Silinən məzmun Əlavə edilmiş məzmun
k 185.81.86.41 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Atakhanli tərəfindən yaradılan sonuncu versiya bərpa olundu Teq: Geri qaytarma |
Redaktənin izahı yoxdur Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə |
||
Sətir 19: | Sətir 19: | ||
* Şad günün dostu çoxdu. |
* Şad günün dostu çoxdu. |
||
* Şaddığına şitlik eləmə. |
* Şaddığına şitlik eləmə. |
||
* Şaftalı |
* Şaftalı badam olub, qəhbələr adam olub. |
||
* Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?! |
* Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?! |
||
* Şah bilər, şahsevən bilər. |
* Şah bilər, şahsevən bilər. |
18:58, 2 yanvar 2024 tarixinə olan versiya
←S | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
T→ |
Həmçinin baxın: Haqqında • |
- Şabalıddan yağ çıxmaz.
- Şad günün dostu çoxdu.
- Şaddığına şitlik eləmə.
- Şaftalı badam olub, qəhbələr adam olub.
- Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?!
- Şah bilər, şahsevən bilər.
- Şah da bilir Şirvan sünnüdür.
- Şah Xudabəndə, səninki səndə, mənimki məndə.
- Şah-şah dediyim öz canım üçündür.
- Şahdan adama zərər dəyər.
- Şahın da dəvələri ayaqyalın gəzər.
- Şahın ürəyi Allahın əlindədi.
- Şahsənəm oğlan doğub!
- Şair gördüyünü yazar.
- Şair sözsüz olmaz.
- Şayiə hər yanı gəzər.
- Şalbanın bir ucu sənin çiynindədir.
- Şalğam şorbasında turp özünü yağ sanar.
- Şam ağacından ağıl olmaz, el oğlundan oğul olmaz.
- Şam bahadı - korun nə vecinə.
- Şam başından yanar.
- Şam dibinə işıq salmaz.
- Şam yanar, şölə çəkər...
- Şam yanmasa, başına pərvanə dolanmaz.
- Şam kimi əriyib.
- Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
- Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
- Şamaxıda danışır, Bakıda eşidilir.
- Şahla plov yemirəm ki, bığım yağa batar.
- Şahsənəm oğlan doğub!
- Şahin ilə dəvə ovlamazlar.
- Şeytan başqa, cin başqa.
- Şeytan çox bildiyindəndi bir gözü kor olubdu.
- Şeytan əzabda gərək.
- Şeytan getdi, meydan bizə qaldı.
- Şeytan karxanası boş qalmaz.
- Şeytan olmasa qurd qoyunla gəzər.
- Şeytana papış tikir, başına da deşik qoyur.
- Şeytanın dostluğu dar ağacına qədərdir.
- Şeytanla şərikli buğda əkən saman biçər.