Məzmuna keç

Azərbaycan atalar sözləri/Y: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Undid edits by 45.15.43.97 (talk) to last version by Rəşid Nurməmmədov: unexplained content removal
Teqlər: Geri qaytarma SWViewer [1.6]
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 140: Sətir 140:
== İstinadlar ==
== İstinadlar ==
[[Kateqoriya:Azərbaycan atalar sözləri]]
[[Kateqoriya:Azərbaycan atalar sözləri]]
*Yalançının götü yandı hamı soxuşdu.

14:52, 12 fevral 2024 tarixinə olan versiya

V Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Z
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Ya bil, ya da biləndən soruş.
  • Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
  • Ya bu dəvəni güdməli, ya da bu diyardan getməli.
  • Ya dağ ətəyində, ya bəy ətəyində.
  • Ya dalına min, ya da dalına mindir.
  • Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.
  • Ya keçəl Həsən, ya da Həsən keçəl.
  • Ya qarnımda, ya könlümdə.
  • Ya lələ şələni basar, ya şələ - lələni.
  • Ya unçu ölər, ya dəyirmançı.
  • Ya vəlvələdən, ya zəlzələdən.
  • Ya zatdan, ya süddən.
  • Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar.
  • Yabıya tumar eləsən şıllaq atar.
  • Yad gəlib aşna olunca, aşna - yar əldən gedər.
  • Yad itin quyriuğu qısılı olar.
  • Yada arxa verən tək qalar.
  • Yaddan yoldaş olunca, qardaş əlindən gedər.
  • Yaxşı arvad ərini bəy eylər, yaman arvad - zay.
  • Yaxşı arvadlı ev cənnətdir.
  • Yaxşı at köhnə çulun altında da bilinər.
  • Yaxşı at özünə qamçı vurdurmaz.
  • Yaxşı at yemini artırar, yaman at - qamçısını.
  • Yaxşı at yemin artırar, pis at qamçısın.
  • Yaxşı ata bir qamçı, yaman ata min qamşı.
  • Yaxşı atadan pis oğul?!
  • Yaxşı atları yaxşı kişilər minib getdilər.
  • Yaxşı bez arşınsız da satılar.
  • Yaxşı demişlər: Hər şeyin xiridarı gərəkdir!
  • Yaxşı dost qardaşdan əzəldir.
  • Yaxşı dost yaman gündə məlum olar.
  • Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
  • Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş.
  • Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə.
  • Yaxşı iş heykəl kimidir, hər yerdən görünür.
  • Yaxşı it ələ düşməz.
  • Yaxşı qəssab ətin yaxşısını axıra saxlar.
  • Yaxşı qızdan yaxşı gəlin olar.
  • Yaxşı niyyət yarım dövlət deməkdir.
  • Yaxşı olanda "xanım elədi", pis olanda "kəniz elədi" deyərlər.
  • Yaxşı olsa ağadan, pis olsa nökərdəndir.
  • Yaxşı, yaman - keçdi karvan.
  • Yaxşılıq düşməni də adama dost edər.
  • Yaxşılıq istəyən qabaqcadan behin verməlidir.
  • Yaxşılıq yerdə qalmaz.
  • Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.
  • Yağ yağ üstə gedər, yarma yavan qalar.
  • Yağ yeyən it tükündən məlum olar.
  • Yağıdan qalanı yağmur apardı.
  • Yağış ilə yer göyərər, alqış ilə ər öyünər.
  • Yağışdan çıxdıq, yağmura düşdük.
  • Yağışdan qaçan doluya düşər.
  • Yağlı əlin var sürt öz başına.
  • Yağmadı yağış, bitmədi qamış.
  • Yamanlığa yaxşılıq nər kişinin işidir.
  • Yalan ayaq tutar, ancaq yeriməz
  • Yalan elə bağırdı ki, sanki, doğrudur
  • Yalanla dünyanı dolanmaq olar, amma geri dönmək olmaz.
  • Yalançı çox yanılar.
  • Yalançının dili topuq vurar.
  • Yalançının evi yandı, heç kəs ona inanmadı.
  • Yalançının ipi ilə quyuya düşən quyuda qalar.
  • Yalançının şahidi yanında olar.
  • Yanan yerdən tüstü çıxar.
  • Yandırdığın yovşan, ağlatdığın - dovşan.
  • Yanlış hesab Bağdaddan qayıdar. [1]
  • Yar yarı görər, ürəyi odlanar. [2]
  • Yarpaq altda gəzəndir.
  • Yel aparan yelinki, Yerdə qalan mənimki.
  • Yeməyin qulu, işləməyin xəstəsi.
  • Yeməyini yalqız yeyən yükü özü qaldırar.
  • Yersiz danışmaqdan lallıq yaxşıdır.
  • Yersiz danışmaqdan yerli gəyirmək yaxşıdır.
  • Yetim əlində qoğal əcaib.
  • Yıxılan yıxılana yoldaş olar.
  • Yıxılanı vurmazlar.
  • Yıxılanın dostu olmaz.
  • Yırtıcı aslan zülmkar şahdan yaxşıdır.
  • Yırtıcı quş dimdiyindən bəllidir.
  • Yırtıcı quşun ətin yeməzlər.
  • Yırtıcı quşun ömrü az olar.
  • Yoxdan yer də bezardır, göy də.
  • Yoxsul arpa tapar, saxlamağa yer tapmaz.
  • Yoxsul, oduna da yoxsul, suya da yoxsul?!
  • Yoxsul öz vilayətində qəribdir.
  • Yoxsulluq ilə qocalıq düşüb bir yerə.
  • Yoxsulluq varlılıqdan yaxşıdır.
  • Yoxsulluğa düşməyən varlılığın qədrini bilməz.
  • Yoxsulun dili gödək olar.
  • Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
  • Yoxsulun əlacı ağlamaqdır.
  • Yoxsulun sərmayəsi gözünün yaşıdır.
  • Yol həmişə bostan qırağından düşməz.
  • Yol ilə gedən yorulmaz.
  • Yol yolu tapar, dəvə - kolu.
  • Yola çıxan yolda qalmaz.
  • Yolda qal, yoldaşdan qalma.
  • Yolda yoldaş, evdə qardaş.
  • Yoldan irəli - yoldaş, evdən irəli - qardaş.
  • Yoldaşı yolda tanı.
  • Yoldaşını bab elə, görən desin ha belə.
  • Yoldaşını mənə de, sənin kim olduğunu deyim.
  • Yorğanına bax, ayağını uzat.
  • Yovşan bəsləməklə çəmənzar olmaz.
  • Yovşan olub arxanda dovşan yatınca, palıd ol kölgəndə sürü yatsın.
  • Yumru qaya, yumru daş, keçəl baş.
  • Yumurta gətirmir, qayğanaq istəyir.
  • Yumurta toyuğun cəriməsidir.
  • Yumurtada tük bitməz.
  • Yumurtadan yun qırxır.
  • Yumurtana görə qaqqılda.
  • Yumurtanı halqadan keçirdir.
  • Yumurtlamadı, falını da yedi?!
  • Yumurtası tərs düşüb.
  • Yumşaq döşək salan, axırda quru yerdə yatar.
  • Yun darayaram, kələf olar, qız doğaram xələf olar.
  • Yunu var, ünü yox.
  • Yurd yeri - guman yeri.
  • Yurddan çıxsan da, eldən çıxma.
  • Yuvanı erkək quş tikər.
  • Yüz ölç, bir biç.
  • Yüyrək at özünə qamçı vurdurmaz.

İstinadlar

  • Yalançının götü yandı hamı soxuşdu.
  1. Atalar sözü:/ İ. Abbaslının redaktəsi ilə. Bakı: Öndər. 2004, s.264
  2. Atalar sözü. Bakı, 1985. səh.394