Məzmuna keç

Yırtıcı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Berkut qocalanda başlayır siçan ovlamağa. (Berkut - yırtıcı quş). Qırğız atalar sözləri
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
  • İlan olan yerdə manqusta da olar. (Manqusta - isti ölkələrdə yaşayan uzun bədənli kiçik yırtıcı heyvan). Benqal atalar sözləri
  • Qanunsuz və ədalətsiz dünyada yaşayan insan yırtıcı heyvanlardan da təhlükəlidir. Aristotel
  • Uşaqların sağlamlığına görə olmasa da, heç olmasa xarakterlərinə görə təbii daddan mərhum etmək və ət yeyən yırtıcılar kimi yetişdirmək lazım deyil. Çünki bunun nə ilə izah olunmasından asılı olmayaraq, dəqiq məlumdur ki, böyük ovçular ətə qədər ümumiyyətlə, qəddar olurlar. Jan Jak Russo
  • Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.[1]İsa
  • Yırtıcı aslan zülmkar şahdan yaxşıdır. Azərbaycan atalar sözləri/Y
  • Yırtıcı quş dimdiyindən bəllidir. Azərbaycan atalar sözləri/Y
  • Yırtıcı quşun ətin yeməzlər. Azərbaycan atalar sözləri/Y
  • Yırtıcı quşun ömrü az olar. Azərbaycan atalar sözləri/Y

İstinadlar

[redaktə]
  1. Matta 7:15-20