Yalnız

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ayrıca bir insanın həyatı yalnız başqalarının həyatını daha gözəl və daha nəcib etməyə kömək etdiyi dərəcədə mənalı olur. Həyat müqəddəsdir; necə deyərlər, bütün başqa dəyərlərin tabe olduğu ali dəyərdir. Albert Eynşteyn

B[redaktə]

  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
  • Bu dünyada yalnız iki növ fəlakət vardır, biri məqsədinə çata bilməmək, digəri isə çatmaq. Oskar Uayld

C[redaktə]

  • Cəmiyyət üzərində sözlər yox, yalnız ideyalar hökmranlığa malikdir. Vissarion Belinski
  • Cinayətin yalnız bəhanəyə ehtiyacı var. Aristotel

Ç[redaktə]

  • Çox ağıllı olduğumdan deyil, yalnız problemlərin üstündə daha çox dayanıram.Albert Eynşteyn

D[redaktə]

  • Dini doqma həmişə yalnız filosoflar tərəfindən təkzib ediləndə təhlükəsiz olur. Kainatın bütün akademikləri xalqın inancında heç nə dəyişə bilməz. Volter
  • Dünyada yalnız gözəl olmağı bacaran qadının həyatından bədbəxt, işgəncəli həyat yoxdur. Bernar Fontenel
  • Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır - müəllim, hakim və həkim. Sokrat

Ə[redaktə]

  • Əgər sevgidə seçim iradədən və düşüncədən asılı olsaydı, o zaman sevgi hissdən, ehtirasdan məhrum olardı. Vasitəsizlik elementinin iştirakı düşüncəli sevgidə də görünür. Çünki, bir neçə layiqli insandan yalnız biri seçilir və bu seçim ürəyin qeyri-iradi meylinə əsaslanır. Vissarion Belinski
  • Əqidə yalnız həqiqi olduğuna görə qiymətli hesab edilməlidir.Vissarion Belinski
  • Əməli müxtəlif yollarla törətmək olsa da, yalnız bir yolla düzgün yerinə yetirmək olar...Aristotel

G[redaktə]

  • Gözəllik fövqəladə bir şeydir.Yalnız bayağı insanlar görünüşü qiymətləndirmirlər.Oskar Uayld
  • Gülüş, canlı varlıqlardan yalnız insana xasdır.Aristotel

H[redaktə]

  • Həqiqi insan sevgisi yalnız hisslərin, ürəyin şıltaqlığına yox, eyni zamanda bir-birinin ləyaqətinə qarşılıqlı hörtmət etməyə əsaslana bilər.Vissarion Belinski
  • Hər bir adamın xarakterində nifrət oyadıcı vəhşi heyvan hissiyyatı gizlənir. Yalnız az bir hissə bu hissiyatın öhdəsindən necə gəldiyini boynuna alır. Volter
  • Hər cür adamlar, hər cür ehtiraslar olur. Məslən birinin naturasının bütün ehtirası, bütün pafosu soyuq bir qəzəbdən ibarət olur. O yalnız dişləyən zaman ağıllı, istedadlı və hətta sağlam olur.Vissarion Belinski

İ[redaktə]

  • İnsan səylərindən ən mühümü-mənəviyyata cəhd etməkdir. Bizim daxili sabitliyimiz, mövcudluğumuz ondan asılıdır. Həyatımıza gözəllik və ləyaqət verən yalnız əməllərimizdəki mənəviyyatdır. Təhsilin əsas vəzifəsi onu canlı qüvvəyə çevirmək və əhəmiyyətini aydın dərk etməyə kömək etməkdir.Albert Eynşteyn
  • İnsan yalnız özünə qalib gəldikdə yaşamağa başlayır.Albert Eynşteyn

K[redaktə]

  • Kişi və qadın arasında heç bir zaman dostluq ola bilməz. Onların arasında yalnız sevgi, düşmənçilik, ehtiras və məftunluq ola bilər.Oskar Uayld

Q[redaktə]

  • Qəribədir qadınlar.. Özlərini güldürən kişiləri yalnız sevərlər; onları ağladanlara isə aşiq olarlar.Oskar Uayld

O[redaktə]

  • O şey dəbdədir ki, onu yalnız sən özün geyinirsən.Oskar Uayld

Ö[redaktə]

  • Övladı tərbiyə etmək yalnız onu bəsləməkdən və böyütməkdənyox, eyni zamanda onun ürəyini, ağlını istiqamətləndirməkdən ibarətdir. Bunun üçün isə ananın xarakteri, elmi, inkişafı, bütün insani maraqların mümkünlüyü lazım deyilmi? Vissarion Belinski

S[redaktə]

  • Seçdiyimiz sahədəki uğurlarımız yalnız iradə gücümüzdən asılıdır.Vissarion Belinski

T[redaktə]

  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür.Oskar Uayld
  • Uşaq öz məhəbbətini yalnız o adama bağlayır ki,o adam öz məhəbbətini uşağa işlə sübut etsin.Vissarion Belinski

Y[redaktə]

  • Yalnız absurd cəhdlər göstərənlər mümkünsüz şeylərə nail ola bilərlər.Albert Eynşteyn
  • Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil.Oskar Uayld
  • Yalnız əmək insanın ruhunu aydınlığa, harmoniyaya və məmnuniyyətə gətirməklə insanı xoşbəxt edə bilər. Vissarion Belinski
  • Yalnız xoşbəxtlik sevgi ölçüsü və sevginin sınaqdan keçirilməsidir. Vissarion Belinski
  • Yalnız iki sonsuz şey var: kainat və axmaqlıq. Hərçənd kainatın sonsuzluğuna bir o qədər əmin deyiləm.Albert Eynşteyn
  • Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.Oskar Uayld
  • Yalnız müdrik insan kədərli həyat tərzi sürər. Volter
  • Yalnız öz işinə yarayanlar heç nəyə yaramazlar.[1]Volter
  • Yalnız özünə qayğı göstərən bir insan donuz adına layiqdir.Albert Eynşteyn
  • Yalnız zəiflər cinayət edir—güclü və xoşbəxt insanın cinayət etməyə ehtiyacı yoxdur.Volter

Z[redaktə]

  • Zaman axınında yalnız həyatın möhkəm əsaslarından məhrum olanlar məhv olur və deməli, buna görə yaşamağa dəyməz.Vissarion Belinski

İstinadlar[redaktə]

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.214