Zay
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü. Mövlana Cəlaləddin Rumi
D
[redaktə]- Doğru yola əmək çəksən zay olmaz. Aşıq Ələsgər
E
[redaktə]- Eşqin şövqünə can verməyənin ömrü zay olar. Əhməd Yəsəvi
Ə
[redaktə]- Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. Firidun bəy Köçərli
H
[redaktə]- Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırılar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yaxşıdır”.[1] İsa
N
[redaktə]- Namuslu əmək tapdansa da, zay olmaz. Kürd atalar sözləri
- Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. Firidun bəy Köçərli
Y
[redaktə]- Yağışın çoxu - yeri zay elər, sözün çoxu - əri zay elər. Özbək atalar sözləri
- Yaxşı arvad ərini bəy eylər, yaman arvad - zay. Azərbaycan atalar sözləri/Y
İstinadlar
[redaktə]- ↑ Luka 5:36-39