İsrafçılıq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ç
[redaktə]- Çirklənmə istifadə olunmayan resurslardan başqa bir şey deyil. Biz onların dəyərini bilmədiyimiz üçün israf edirik. — Bukminster Fuller
Ə
[redaktə]- Əmlakınızı öləcək bir insan olaraq istifadə edin; uzun yaşayacaq bir adam olaraq sərvətini qoru. Bunu xatırlayaraq xəsislik və israfçılıq arasında qalmağı bacaran ağıllıdır. Lukian
G
[redaktə]- Gerçək ağıl çox öyrənməklə əldə edilməz, müdrik israfçılıq etməz. Lao-tszı
H
[redaktə]- Heyvanlar yalnız öz təbii instinktlərinə əməl edirlər; lakin insan, öyrənmənin və fəlsəfənin təsirini yaşamadıqca, vəhşi heyvandan daha pis olan impulsların mərhəmətindədir. Şöhrətpərəstlik, xəsislik, qəzəb, paxıllıq, israfçılıq və şəhvət ehtiraslarına qapılan insandan daha vəhşi və təhlükəli heyvan yoxdur. Rotterdamlı Erazm
İ
[redaktə]- İnsan səxavətli olmalı, lakin israfçılıq etməməlidir. Ərəb atalar sözləri
- İsrafçılıq etməyin, pulunuzu cəmiyyət üçün faydalı işlərə xərcləyin. Covanni Viko
Q
[redaktə]- Qənaətçiliyə riayət edəni Allah varlandırır, israfçılığa yol verəni Tanrı yoxsul hala salır. Məhəmməd peyğəmbər
R
[redaktə]- Resursların israfçılığı – ölümcül günahdır. İnqvard Kamprad
S
[redaktə]- Səxavət – həddini keçəndə israfçılığa, sevgi – həddini keçəndə məcnunluğa çevrilir. Əbu Turxan
Z
[redaktə]- Zaman da pul kimidi – israfçılıq etməsəniz, ürəyiniz istəyən qədər istifadənizdə olacaq. Qaston Levis
- Zənginlik çayları israfçılıq qumlarında yox olur. Pyer Büast