Şüur
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağılı xoş məramla uzlaşdırmaq — bütün nailiyyətlərin rəhnidir. Yüksək şüur və zəif iradə — əcaib bir şeydir. Kamilliyi olmayan ağıl — ikiqat ağılsızlıqdır. Baltazar Qrasian
B[redaktə]
- Bizim milli dəyərlərimizin kökünü qazıblar,dağıdıblar. Biz milli şüura dayanaraq onları öz kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Özü də, bunu eyni zamanda etməliyik − milli yolu gedı-gedə, milli müqəddəratı həll edə-edə demokratik dəyərlərə də sayğı göstərməliyik. Əbülfəz Elçibəy
E[redaktə]
- Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur. (Vasili Osipoviç Klyuçevski:Rus tarixçisi)
H[redaktə]
- Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. Tur Xander
S[redaktə]
- Səbri, hövsələni unudan insan,
Ağıldan, şüurdan açmasın dastan. Nizami Gəncəvi
Ş[redaktə]
- Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib. Jorj Sand
- Şüur, qorxunc bir lənətdir. Düşünərsən, hiss edərsən, ağrı çəkərsən. Con Malkoviç olmaq (film)
- Şüur nəfsin özünü ələ almasıdır. Anri Berqson
T[redaktə]
- Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel
V[redaktə]
- Vətəndaşlıq üçün Vətən sevgisi hələ yetərli deyil; bunun üçün dövlətçilik şüuru da tələb olunur. Tur Xander