Əkinçi
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ananı da al get buradan. (10.2.2006-cı ildə Mersində "Anamızı ağlatdınız" deyən əkinçini qovarkən)[1]Rəcəb Tayyib Ərdoğan
B
[redaktə]- Bilici olma, əkinçi ol. Azərbaycan atalar sözləri/B
Ə
[redaktə]- Əxlaqının gözəlliyi baxımından bütün dünya əhlindən üstün idi və cəmi əmrlərində və qadağalarında Ulu Tanrının qorxusunu göz önündə saxlayardı. Ümumi camaatla və bütün insanlarla ədalətlə rəftar edərdi. Zalımları cəzalandırmağa, məzlumları himayə etməyə çalışırdı. Əkinçiliyin artırılmasına, aləm əhlinin ərzaq təminatının səbəbkarı olan kəndlilərə və əkinçilərə qayğı göstərilməsinə səy edib diqqət yetirirdi. Məmləkətlərin qorunması və yolların mühafizəsi üçün ədalətli naiblər və yetərincə qabiliyyətli məmurlar təyin edirdi. Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriətinin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: "Ədalət göstərən məlik (padşah) olar, zülm edən həlak olar". [2]Həsən bəy Rumlu
- Əkinçi ipək yastıqda yatsa da əkinçi olaraq qalır. Danimarka atalar sözləri
- Əkinçi ol, biçinçi olma. Azərbaycan atalar sözləri/Ə
- Əkinçi varlı olanda hökumət də varlı olur. Tamil atalar sözləri
- Əkinçi yağış istər, yolçu quraqlıq. Azərbaycan atalar sözləri/Ə
- Əkinçini əkinindən tanıyarlar. Madaqaskar atalar sözləri
- Əkinçinin yarı ömrü çöldə keçər. Tatar atalar sözləri
K
[redaktə]- Komandirsiz döyüşçü - əkinçisi olmayan bir tarla. Şumer atalar sözləri
İstinadlar
[redaktə]- ↑ www.dailymotion.com
- ↑ Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017. s.96-97.