Əziyyət
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Balacaları xortdanla, böyükləri - əziyyətlə qorxudurlar. Rus atalar sözləri
- Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyər]]sizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
D
[redaktə]- Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar. Ceremi Teylor
E
[redaktə]- Elmi olub, ağlı olmayan adama elmi əziyyət verər. Nuşirəvan Adil Xosrov
Ə
[redaktə]- Əgər elmi cah-cəlal xatiri üçün öyrənirsənsə, bil ki, onun nəticəsi əziyyət və bədbəxtlikdir. Zeynalabdin Şirvani
- Əziyyət çək ki, xeyirini görəsən. Talış atalar sözləri
- Əziyyət çəkəndə əylənirəm. Bu mənim köhnə adətimdir. Salvador Dali
- Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın. Nəcib Fazil Qısakürək
H
[redaktə]- Heç kəs əziyyət çəkmək istəmir, amma yenə də hər kəs ağrı və qurban axtarır, axtarıb tapanda isə hiss edirlər ki, həyatları təsdiqlənib. Paulo Koelyo
M
[redaktə]- Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. Feliks Dzerjinski
V
[redaktə]- Və sən bütün alçaqlığını ortaya çıxardın və yenə sən müqəddəsliyi istifadə edərək əziyyət etdin. Əziz insan qılığına girərək şeytanın rolunu üstləndin. (Yepiskop: Lütfən mərhəmət et!) Bu gecə olmaz, yepiskop bu gecə olmaz. V for Vendetta
Y
[redaktə]- Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. Nəsirəddin Tusi
- Yaxşı qonşuluq, qonşuya əziyyət verməmək deyil. Əslində, yaxşı qonşuluq qonşunun verdiyi əziyyətin müqabilində səbr etməkdir.[1] İmam Kazım
- Yazana əziyyət verməyən yazı - oxuyana da zövq verməz. Samuel Conson
İstinadlar
[redaktə]- ↑ Tuhəful-Uqul, səh. 409