Məzmuna keç

Alicənablıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
  • Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır. Kəlilə və Dimnə
  • Bəşər alicənablığının ən yüksək nümunəsi başqalarının işlədiyi günahın cəzasını çəkməkdir. Səfillər (Viktor Hüqo)
  • Bəziləri çalışırlar alicənablığı ələ gətirsinlər, eyni halda bəziləri təsadüflərin nəticəsində alicənablığı özlərinə aid edirlər. Uilyam Şekspir
  • Dünyada üç cür alçaq var: sadəlövh alçaqlar, yəni alçaqlıqlarını ən yüksək alicənablıq hesab edənlər, alçaqlıqlarına son qoymaq istəyərkən alçaqlıqlarından utanan alçaqlar, bir də sadəcə olaraq əsil alçaqlar. Fyodor Dostoyevski
  • Əsl alicənablıq nankorluğu bağışlamağı bacarmaqdır. Koko Şanel
  • Fəzilət, hamıya və hər kəsə xidmət etməyə hazır olan alicənablıqdır, lakin cəmiyyət bu keyfiyyəti bir o qədər də çox qiymətləndirmir. Teodor Drayzer
  • Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
  • İnsan ruhuna silahla deyil, məhəbbət və alicənablıqla qalib gəlmək olar. Benedikt Spinoza
  • İnsan ürəyində həqiqi alicənablıq var: o sevə bilir. Yohann Volfqanq Göte
  • İnsanın əsl böyüklüyü öz miskinliyini anlamaqdan ibarətdir. Bu o deməkdir ki, müqayisə etmək və qiymətləndirmək bacarığı daxili alicənablığın sübutudur. Artur Konan Doyl
  • Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
  • Yalnız özünə bərabər olandan qisas almaq alicənablıqdır. Fukidid
  • Zəngin adam gözəli pulun, gücü xidmətçilərin, alicənablığı qonaqların, şəcərəni uğurlu nikahın köməyi ilə əldə edə bilər. Çanakya

Istinadlar

[redaktə]