Allahsız



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahsız nə Amerika hökumət forması, nə də Amerika həyat tərzi ola bilər. Ali Varlığın tanınması amerikanlığın ilk, ən əsas ifadəsidir. Beləliklə, Amerikanın qurucuları bunu gördülər və beləliklə, Allahın köməyi ilə bundan sonra da belə olacaq.Duayt Eyzenhauer
  • Allahsız vicdan hakimsiz məhkəmədir. Alfons de Lamartin
  • Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Azərbaycan atalar sözləri/A

B[redaktə]

  • Babək söy köküylə bizdən deyilmiş,
    Xətai islamı ikiyə bölmüş,
    Fətəli Allahsız, Vaqif baz idi,
    Filankəs azacıq qumarbaz idi,
    Gecəli gündüzlü Hadi dəm idi,
    O əyyaş, bu fərsiz, o bigam idi,
    Biri qərəzkardır, biri xəsisdir,
    Bu ondan yaxşıdır, o bundan pisdir,
    Natəvan beləydi, Həcər eləydi,
    Böyüklər önündə o bir köləydi,
    Rəhmət demirik amma bir kərə,
    Milləti ucaldan rəhmətlilərə
    Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
    Danış, bu Millətə nə gətirmisən?!
    Sən böhtan atdığın bu böyüklərin,
    Yüzdə biri qədər nə iş görmüsən?! Bəxtiyar Vahabzadə
  • Bəşəriyyət dəliliyə doğru gedir. Bu, hakimiyyət hərisliyi və zorakılıqdır... Bəli, dünənki cinayətkarların dünyanı idarə etdiyi kimi. Yalan, pozğun, allahsız, pisliyə tabe olan və xeyirxahlığa qarşı çıxan bütün insanlar ağlayacaq. Vanqa
  • Bütün mənəviyyatsızlıqlar Allahsızlıqdan irəli gəlir.[1]Bəhram Bağırzadə

H[redaktə]

  • Hər bir övladı Allah göndərir. Uşaq qız olduğu üçün abort etmək ən böyük günahdır. Necə qız övladının əleyhinə olmaq olar? Axı sənin anan da qız övladı olub. Uşağın cinsinə görə abort edənlər Allahsız insanlardır. Cabir İmanov

M[redaktə]

  • Monoteist cəmiyyətlərdə ateizm və ya allahsızlıq əxlaqsızlığın sinoniminə çevrilmişdir. Artur Şopenhauer

R[redaktə]

  • Roma ilə bizim aramızdakı fərq ondan ibarətdir ki, Romada Allahsızlıq, bizdə isə dindarlıq hökm sürür. Roma azğınlığa, biz isə mülayimliyə yoluxmuşuq. Romada qara camaat, bizdə isə rəhbərlik cuşa gəlir. Saltıkov-Şedrin

T[redaktə]

  • Təbiət, siz deyirsiniz, Allahsız olduqca izaholunmazdır, başqa sözlə, çox az başa düşdüyünüzü izah etmək üçün sizə heç anlamadığınız bir səbəb lazımdır. Pol Anri Holbax

İstinadlar[redaktə]