Almanlar

Vikisitat saytından
Jump to navigation Jump to search
Wikipedia logo
Almanlar haqqında Vikipediyada məqalə var.

Almanlar (alm: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Almanlar ariya irqindən olan birini axtarırdılar. Mən isə türk idim. Məhəmməd Əmin Rəsulzadə
  • Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur. Yohann Volfqanq Göte

B[redaktə]

  • Başqa millətlərin bolluq içində yaşaması və ya aclıqdan ölməsi - məni yalnız mədəniyyətin qorunması üçün kölələrə nə dərəcədə ehtiyac duyduğum maraqlandırır ... Dünyada heyvanlarla yaxşı rəftar edən yeganə almanlar bizik. Biz bu heyvanlarla da ləyaqətlə rəftar edəcəyik. Halbuki, onların qayğısına qalmaq, onlara hər hansı ideallar aşılamaq və bununla da övladlarımızın, nəvələrimizin onlarla rəftarını daha da çətinləşdirmək öz qanımıza qarşı cinayət olardı. Henrix Himmler
  • Biz almanlar yalnız qıza pərəstiş edirik və bizim şairlər yalnız onu tərənnüm edir, fransızlarda əksinədir, yalnız ərdə olan qadın həyatda və incəsənətdə sevgi predmeti olur. Henrix Heyne

Ə[redaktə]

  • Əgər nisbilik nəzəriyyəsi təsdiqlənərsə, onda almanlar mənim alman, fransızlar isə dünya vətəndaşı olduğumu deyəcəklər; əgər mənim nəzəriyyəm təkzib olunarsa, fransızlar məni alman, almanlar isə yəhudi elan edəcəklər. Albert Eynşteyn

F[redaktə]

  • Futbol sadə bir oyundur. 22 adam 90 dəqiqə bir topu qovalar və sonunda həmişə Almanlar qazanar.[1] Qeri Lineker

H[redaktə]

  • Hitler gələr və gedər, amma Almaniya və Alman xalqı qalacaq. İosif Stalin

M[redaktə]

  • Mən almanlar barəsində pis yox, əksinə daha yaxşı fikirdəyəm. Amma onlardakı bir böyük çatışmamazlığı qəbul edə bilmirəm. Onlar həddindən artıq çoxdurlar. Volter
  • Müxtəlif millətlərin arasında bir-birini qanmaq və qandırmaq üzrə ümumi olaraq türk dili işlənir. Türk dili burada (Urmiyada) beynəlmiləl bir dildir. Onu hər kəs biliyor. Erməni, kürd, rus, fransız, ingilis, fars, aysor, alman hamısı türkcə danışar. Bu. qədər müxtəlifül-cins bir heyətin hamısı ilə danışa bilirəm. Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss ediyoram.[2][3] Məhəmməd Əmin Rəsulzadə

R[redaktə]

  • Roma imperatoru V Karl deyir ki, Tanrı ilə ispan, dostlarla fransız, düşmənlə alman, qadınla italyan dilində danışmaq yaxşıdır. Ancaq əgər o rus dilinə bələd olsaydı, təbii ki, rus dilini də bu sıraya əlavə edərdi. Çünki rus dilində ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, şəkillərdəki yunan və latın dillərinin zənginliyini, yığcamlığını tapmaq olar. Mixail Lomonosov

Ş[redaktə]

  • Şərqin alman olmayan xalqları üçün ali təhsil ləğv edilməlidir, dördillik məktəblər kifayət qədərdir. Bu məktəblərdə onlara sadə sayma, məsələn, beş yüzə qədər, bir adın yazılışı və almanlara itaət etmə, həm də layiqli və vicdanlı uşaqlar olmaq öyrədiləcək. Onlara oxumağı öyrətmək lazım deyil. Henrix Himmler

Y[redaktə]

  • Yəhudi olmaq istəyirdim. Sonra bildim ki, əslində nasistəm, çünki ailə üzvlərim alman idi. Mən nə deyə bilərəm? Hitleri başa düşürəm, amma düşünürəm ki, pis işlər görüb. Sonda sığınacağında oturduğunu təsəvvür edə bilərəm. Yaxşı adam deyiləcək biri deyil, amma mən onu bir az başa düşürəm və bir az da ona yazığım gəlir. Ancaq İkinci Dünya Müharibəsini dəstəkləmirəm və yəhudilərə də qarşı deyiləm. Lars fon Trier

İstinadlar[redaktə]

  1. ‘At the end the Germans always win’
  2. Urmiyə. 15 iyun Məhəmməd Əmin "Tərəqqi" qəzeti. № 144. 30 iyun 1909
  3. Məhəmməd Əmin Rəsulzadə əsərləri I cild 1903-1909