Analiz

Vikisitat saytından
Adriaen van Ostade, "Analiz" (1666)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


İ[redaktə]

  • İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir. Dalay Lama

K[redaktə]

  • Kainatdakı ən mükəmməl laboratoriya insan beynidir, istədiyini düşünərək analiz edir. Anooshirvan Miandji
  • Kişini analiz və müzakirə etmək olar, qadına isə məftun olmaq lazımdır. Oskar Uayld

M[redaktə]

  • “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir. Piter Druker
  • Müdrikliyin ilk addımı hər şeyi analiz etməkdir, son addımı da bunları olduğu kimi qəbul etməkdir. Qeorq Kristof Lixtenberq

O[redaktə]

  • O, gənc məşqçidir, nə vaxt cavab verəcəyini, nə vaxt cavab vermədiyini bilməlidir, iyirmi ildən sonra biləcək. Sadəcə analiz etdim, neqativ bir şey deməyə özümə icazə vermədim. [Antonio Konte haqqında] Mirça Luçesku

Ş[redaktə]

  • Şahmat analiz sənətidir. Botvinnik Şahmat bəşəriyyətin lənətidir. H.G.Uells

T[redaktə]

  • Təhlil etmək bacarığı sadə ixtiraçılıqla qarışdırılmamalıdır, çünki analitik həmişə ixtiraçıdır, halbuki heç də hər bir ixtiraçı analiz aparmağa qadir deyil. Edqar Allan Po

Y[redaktə]

  • Yemək yeməkdən həzz almayanda həzm edilən qida darıxıdrıcı bir qida olduğu kimi, elmlə ehtirassız məşğul olmaq da yaddaşı zibilləyir və nəticədə yaddaş analiz etmə qabiliyyətini itirir. Leonardo da Vinçi

İstinadlar[redaktə]