Bəhrə

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Azad yazıçı – öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar.Əmin ər-Reyhani

D[redaktə]

  • Dostluğu dekorativ bitki təki qoruyun ki, bəhrəsini görəsiniz. Barie Davenport

Ə[redaktə]

  • Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. Epikür

H[redaktə]

  • Hökmdarın, eləcə də Allahın, müəllimin, münəccimin və həkimin hüzuruna əliboş getmək lazım deyil. Hədiyyələr vaxtında öz bəhrəsini verəcək. Çanakya

İ[redaktə]

  • İstəkləri məhdudlaşdırmağın ən böyük bəhrəsi azadlıqdır. Epikür

S[redaktə]

  • Sən kiməsə yaxşılıq və ya pislik etdin və bu yaxşılıq bəhrə verdisə, sən niyə ağılsız bir insan kimi etdiyin yaxşılığa görə əlavə olaraq tərif də gözləyirsən? Mark Avreli
  • Söylədiyimiz gözəl sözlərin bəhrəsini gələcəkdə görəcəklər. Mahatma Qandi
  • Sözlər yarpaqlara bənzəyir, çoxlu yarpağı olan ağac az bəhrə verir. Aleksandr Pop

T[redaktə]

Y[redaktə]

  • Yaxşı ağac pis bəhrə gətirməz, pis ağac da yaxşı bəhrə gətirməz. Çünki hər ağac öz bəhrəsindən tanınır. Qaratikandan əncir yığmazlar, tikan kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adamsa pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki ürək doluluğundan ağız danışar.[1] İsa
  • Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.[2]İsa

Z[redaktə]

  • Ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaqdır. Qabusnamə

İstinadlar[redaktə]

  1. Luka 6:43-45
  2. Matta 7:15-20