Corab
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C
[redaktə]- Corab da olsa, aksiya da olsa, qiyməti enəndə alaram. Bəlkə də bacardığım yeganə şey budur. Uorren Baffett
- Corab dəyişdirər kimi sevigili dəyişdirən, hər yeni əlaqədə təmiz səhifə açdım deyənlərə səslənirəm: Sizin dəftər neçə vərəqlidir? Yılmaz Ərdoğan
G
[redaktə]- Gəncliyimdə ayağımın baş barmağının gec-tez corabımda bir deşik açacağını aşkar etdikdən sonra, bir daha corab geyinmədim. Albert Eynşteyn
M
[redaktə]- Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. Çarlz Bukovski
N
[redaktə]- Nə coraba yamaqdır, nə tumana bağ. Azərbaycan atalar sözləri/N
Ö
[redaktə]- Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı. Corc Oruell