Diplomat
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Belə yaşamaq üçün ya diplomat ya da riyakar olmaq lazımdır. Belə baxanda ikisi də eyni şeydir. Frederik Beqbeder
- Bir diplomat "yox" deyirsə, o diplomat deyil. Çünki yaxşı diplomat heç kəsi rədd etməz. Zhuge Liang
C
[redaktə]- - Cənab Linkoln, ayaqqabılarınızı özünüz təmizləyirsiniz?
- Bəli. Bəs siz kimin ayaqqabısını təmizləyirsiniz? (Sitatın izahı: Xarici diplomat Linkolun öz kabinetində ayaqqabılarını təmizlədiyini görəndə meydana gələn qısa dialoq) Avraam Linkoln
D
[redaktə]- Diplomat - heç bir şey söyləməmişdən əvvəl 2 dəfə fikirləşən şəxsdir. Uinston Çörçill
- Diplomat o adamdır ki, iki dəfə götür-qoy etdikdən sonra susmağı üstün tutur. Uinston Çörçill
- Diplomat olmaq mənə təbiət tərəfindən verilib: mən 1 apreldə anadan olmuşam. Otto fon Bismark
- Diplomat sizə hər şey verər, öz hisslərindən başqa. Viktor Hüqo
- Diplomatın təbəssümü – qəlbin karikaturası. Rahid Ulusel
- Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar. Şarl de Qoll
M
[redaktə]- Müharibədə – general, sülhdə – diplomat. Rahid Ulusel
Ş
[redaktə]- Şöhrətpərəst adamlardan diplomat çıxmaz: onlar susmağı bacarmırlar. Lyuk de Klapye Vovenarq
T
[redaktə]- Tarixi bilməyən diplomat kompasdan anlamayan kapitana bənzər.[1] Əhməd Cövdət paşa
Ü
[redaktə]- Ümumdünya tarixi sağlam düşüncəyə qarşı diplomatların sui-qəsdidir. Şnisler
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.426