Etika
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
E[redaktə]
- Etika - bizim bəzi istəklərimizə ümumi əhəmiyyət vermək cəhdidir. Mark Tven
- Etika, siyasi, komersiya, kilsə etikalarından, bir də etikadan ibarətdir. Mark Tven
- Etika- yaşayan hər şeyə qarşı hiss etdiyimiz sonsuz məsuliyyətdir. Albert Şveytser
T[redaktə]
- Tarix yazmağı insanlara məsləhət — etməyin. Əxlaq elmlərində ön mühakimə nadürüstlükdür. Tarixçi öz həyat tərzinə xas olan vəsvəsələrə, ölkədən, sinifdən, kilsədən, kollecdən, partiyadan, istedadların nüfuzundan, dostların çağırışından gələn vəsvəsələrə qarşı mübarizə aparmalıdır. Bu təsirlərdən ən hörmətlisi ən təhlükəlidir. Onları kökündən çıxarmağa etinasız yanaşan tarixçi tam olaraq şəxsi bəyəndiyi və ya bəyənmədiyinə görə səs verən münsif kimidir. Kişiləri və şeyləri mühakimə edərkən Etika dogmadan, siyasətdən və ya millətdən əvvəl gedir. Tarixin etikası məzhəbli ola bilməz. Dini, fəlsəfi, siyasi sistemin pravoslav standartlarına görə deyil, vicdanın incəliyini, dürüstlüyünü və nüfuzunu təşviq edən və ya inkişaf etdirməyən şeylərə görə mühakimə edin. Vicdanı həm sistemdən, həm də uğurdan üstün tutun. Tarix nə əzabın əvəzini verir, nə də səhvin cəzasını. Lord Con Akton