Fanatizm
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Beləliklə, mövhumat insanı körpəlikdən aşiq edir, onu boş şeylərlə doldurur və fanatizmin əsarətinə çevirir. Pol Anri Holbax
- Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
- Böyük çəkişmələr dini fanatizm qədər cinayət törətmir. Volter
- Bütün fanatizm dini impulsdan qaynaqlanır. — Edmund Kuper
Ə
[redaktə]- Əfqanlar öz müqəddəratını təyinetmə hüququnu xalqımız üçün məqbul olan demokratik və ya ənənəvi mexanizm vasitəsi ilə bərpa etmək istəyirlər.… Bu nəcib məqsədə doğru getməyə hazırıq. Bunu bəşəriyyəti dözümsüzlük, zorakılıq və fanatizm bəlasından qorumaq vəzifəmizin bir hissəsi olaraq qəbul edirik. - Əhməd Şah Məsud [1]
F
[redaktə]- Fanatizm mərhəmətdən, acımadan daha güclüdür. Mayn Rid
- Fanatizm tarixi, hər səhifəsi göz yaşı və qanla yazılmış və odda qurudulmuşdur. Pyer Büast
- Fanatizm tərəfindən təlqin edilmiş ehtiraslardan daha kor və daha mənasız şey yoxdur. Jül Vern
- Fanatizm və mistisizm elmin düşmənləridir. Çünki, onlar qaranlıqdır, elm isə işıqdır. Vissarion Belinski
K
[redaktə]- Keçmişin canilərinə, xurafatın və fanatizmin məşhur banilərinə, səcdəgahda əlinə bıçaq alıb onların əqidəsini qəbul etmək istəməyən inadcıl adamları qurban verənlərə qarşı səsimizi niyə qaldırmayaq? Volter
M
[redaktə]- Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır.[2]
- İsa Həbibbəyli — Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru.
- Müsəlman xalqların mədəniləşməsi və yeni əlifbanın yolunda duran əsas maneə islam dini və fanatizmidir. Bu dinin əsasını sarsıtmaq, fanatizmi aradan qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyatmaq və islam dinində protestantizmin lüzumunu sübut etmək üçün «Kəmallüddövlə»ni yazmağa başladım.[3] Mirzə Fətəli Axundov
İstinadlar
[redaktə]- ↑ Əhməd Şah Məsud, ABŞ xalqına mesaj" (1998).
- ↑ Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan", 2009, 7 aprel, s.6
- ↑ Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 41