Fasilə

Vikisitat saytından
Naviqasiyaya keçin Axtarışa keçin



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bəşəriyyətin tarixi müharibədir. Qısa və qeyri-müəyyən fasilələr istisna olmaqla, Yer kürəsində heç vaxt sülh olmamışdır. Uinston Çörçill
  • Bir fəsil başqa fəsil üçün bir fasilədir. Əbu Turxan

H[redaktə]

İ[redaktə]

  • İnsanları və hadisələri idarə etməyə çalışma. Plan qurma, gözləmə, arzulama, inadını xəfiflət. Ətalət dolu fasiləyə tab gətirməyi öyrən. İnsanların sənə doğru addım atmasını, hadisələrin baş verməsini gözlə. Əmin ol, onlar səni təsadüfən seçmirlər. [1] Şri Şri Ravi Şankar
  • İntellektual dərslərlə praktiki məşğələlər arasındakı fasilə çox böyük olduqda, birincinin heç bir təsiri olmayacaq, ikincinin heç bir faydası olmayacaq. Henri Tomas Bokl

Q[redaktə]

  • Qoşunlar qısa bir fasilədən çox bir yerdə qaldıqları müddətdə istehkamları təmir etməlidirlər. Ervin Rommel

N[redaktə]

  • Nə vaxt özünüzü çoxluğun tərəfində tapsanız, islahat etməyin (və ya fasilə və düşünməyin) vaxtıdır. Mark Tven

O[redaktə]

S[redaktə]

  • Sevgi bir oyundur. Qısa hərəkətlər və uzun fasilələrlə. Ən çətin hissəsi fasilə zamanı necə davranmağı öyrənməkdir. Viktor Şklovski
  • Sevgidə əsl ziyanı bir görüşlə digəri arasındakı fasilələr verir. Vudhaus Pelam Qrenvill
  • Sən həmişə tələsirsən, tələsməsən belə normal söhbət üçün çox yorğunsan. Və tezliklə çox saatlıq iş, ezamiyyətlər, fasilələrlə yuxu, bunların hamısı sənin daxilinə nüfuz edir, sənin bir hissən olur və bunu hamı görür, gözlərindən, qamətindən, yerişindən, danışıq tərzindən. Kazuo İşiquro
  • Sülh yalnız müharibələr arasında qısa bir fasilədir. Adrian Dekursel

T[redaktə]

  • Tərəqqi ilə hər dəfə eynidir. Əvvəlcə səni görməməzliyə vururlar, sonra deyirlər ki, sən dəlisən, sonra təhlükəlisən, sonra fasilə yaranır və sonra səninlə razılaşmayan adam tapa bilmirsən. Toni Benn

İstinadlar[redaktə]

  1. [1]Milyonların qurusundan müdrik fikirlər: “Tanrıya qucaq aç və…”