Həyatın mənası

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Biz sevgi üçün yaranmışıq. Nə qədər ki, biz yalnızıq, həyatın mənası olmur, məna başqa birisi olanda yaranır. Artur Konan Doyl

Ə[redaktə]

  • Əgər bir insan ki, həyatın mənası, yaxud dəyəri ilə maraqlanmağa başladısa, deməli, o xəstədir. Ziqmund Freyd

H[redaktə]

  • Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı. Fridrix Nitsşe
  • Həyatın əsl mənası, hər günü yenidən yaratmaqdır. Ruhun uçuşu
  • Həyatın mənası aramsız axtarışlardan ibarətdir. Alfons de Lamartin
  • Həyatın mənası gözəllikdə və məqsədə çatmaq cəhdindədir. Maksim Qorki
  • Həyatın mənası günəş batanda başqalarına yol verməkdir. Eskimos atalar sözləri
  • Həyatın mənası insanın mükəmməlləşməsindədir. Maksim Qorki
  • Həyatın mənası istəklərin yerinə yetirilməsindən yox, onlara sahib olmaqdan ibarətdir. Mixail Zoşşenko
  • Həyatın mənası məqsədlərə can atmanın gözəlliyində və gücündədir və varlığın hər anının öz yüksək məqsədi olmalıdır. Maksim Qorki
  • Həyatın mənası narahatlıqdan və həyəcandan ibarətdir. Aleksandr Blok
  • Həyatın mənası nədir? İnsanlara xidmət və hörmət etmək. Aristotel
  • Həyatın mənası şərlə mübarizədədir. İppolit Adolf Ten
  • Həyatın mənası yalnız başqalarına həsr olunmuş həyatdadır. Albert Eynşteyn
  • Həyatın mənası yalnız bir şeydə-mübarizədədir. Anton Çexov
  • Həyatlarımıza şahidlik edəcək birinə ehtiyacımız var. Bu planetdə milyardlarla insan var. Söyləmək istədiyim budur, hansımızın həyatının gerçək bir mənası var? Lakin evliliklərdə hər şeyə diqqət yetirəcəyinə söz verirsən. Yaxşı şeylər, pis şeylər, qorxunc şeylər, sıravi şeylər... Hamısına, həmişə, hər gün. Belə deyirsən: "Həyatın xəbərdarlıqsız olmayacaq, çünki mən xəbərdar edəcəyəm. Həyatın şahidsiz keçməyəcək çünki mən sənin şahidin olacağam. (Beverli Klark) Eşqə dəvət (film)

M[redaktə]

  • Mən həyatın mənasını yaradıcılıqda görürəm. Yaradıcılıq isə azad və tükənməzdir! Maksim Qorki

Ö[redaktə]

  • Öz-özlüyündə həyatın elə bir mənası yoxdur; həyatın qiyməti szin onu nələrə sərf etməyinizdən asılıdır. Mişel de Monten

S[redaktə]

  • Sevgisiz yaşamaq daha asan olardı. Amma nə mənası olardı o həyatın?! Lev Tolstoy

İstinadlar[redaktə]