Məzmuna keç

Hiyləgərlik



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah ağıl verdi, şeytan - hiyləgərlik. Qaraçı atalar sözləri
  • Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə… Mark Levi
  • Aslanın hünəri tülküyə yaraşmaz, tülkünün hiyləgərliyi aslana yaraşmaz. Buryat atalar sözləri
  • Bəzi adamlarda əzəməti təkəbbür, möhkəmliyi zalımlıq, ağlı isə hiyləgərlik əvəz edir. Jan de Labrüyer
  • Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur. Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir. Aleksandr Qriboyedov
  • Əgər kişi özü haqqında pis danışırsa, ona inanmayın, o, hiyləgərlik edir [1].Vanda Blonskaya
  • Əksər hallarda hiylə və yalan qadınlara yaddır. Hissinin səsinə tabe olan, həqiqətən sevən adi bir qadın hiyləgərlik etməyə qadir deyil. Teodor Drayzer
  • İtaəti nəcib varislərdən, natiqliyi alimlərdən, fəndləri və əllərin cəldliyini qumar oyunçularından, hiyləgərliyi qadınlardan öyrənmək lazımdır. Çanakya
  • Problem ondadır ki, hiyləgərlik yalnız bir dəfə kömək edir, sonra həmişə yalnız mane olur. Con Lokk
  • Tülkünün hiyləgərliyi toyuqların axmaqlığındadır. Rus atalar sözləri
  • Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz

İstinadlar

[redaktə]
  1. Большая книга афоризмов (изд. 9-е, исправленное) / составитель К. В. Душенко — М.: изд-во «Эксмо», 2008.