Məzmuna keç

Lağ



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dinləyicini ələ salmaq olmaz. Bu həmin insanı təhqir etməkdir. Lağ etmək yox, zarafat etmək olar. Aparıcı dinləyicidəki yumor hissini tutsa onunla zarafat etmək olar. Söhbət zarafatdan gedir. Bu çox incə sərhəddir. Bunu aşmaq olmaz.[1] Doktor Ziya
  • İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir. Mövlana Cəlaləddin Rumi
  • İnsanlar sizə lağ etmək üçün hər vaxt bir çatışmayan nöqtənizi tapacaq və kimsə sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq. Bunun üçün doğru bildiyiniz şəkildə yaşayın və ürəyinizin sizi istiqamətləndirdiyi yerə gedin. Çarli Çaplin
  • Sərkərdə üçün lağ və söyüşlərdən qorxmaq düşmənlərdən qorxmaqdan daha pisdir. Fabi Maksim
  • Susmaq xasiyyətlərin ağasıdır: kim lağ-lağı edərsə, ona da lağ edərlər. Məhəmməd peyğəmbər
  • Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin
  • Unutma; Ciddi qəbul et, amma qapılma. Lağ et, amma qırma. Sahib ol bu həyatda, əsla aid olma! Pol Oster
  • Uşaqlara lağ etmək onların inkişafina vurulmuş ən böyük zərbədir. Alfred Adler

Mənbə

[redaktə]
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014

İstinadlar

[redaktə]