Məhsul
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Birinci düyü məhsulu axırıncıdan ləzzətli olar. Yapon atalar sözləri
- Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
D
[redaktə]- Dahilik, satışa çıxarılan məhsulun üstünə qoyulan markadır. Cek London
E
[redaktə]- Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişmir. Volter
- Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. Tur Xander
Q
[redaktə]- Qar çox olan ili məhsul çox olar. (Voə ve bə sori bar ve bəbe.) Talış atalar sözləri
M
[redaktə]- Meşə, su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz. Həsən Əliyev
- Məhsulu şeh yox, tər verir.Rus atalar sözləri
Ö
[redaktə]- Özündən xəbəri olmayanların ömür məhsulu təəssüf olar, özündən agah olan şəxs isə hər şeydən agah olar. Saib Təbrizi
Y
[redaktə]- Yerə zərbə vurmaqla məhsul yox, yalnız toz qaldırmaq olar. Rabindranat Taqor