Məzmuna keç

Oyuncaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əsl kişi iki şey istəyər: təhlükə və oyun. Bu səbəbdən də ona ən təhlükəli oyuncaq kimi qadın lazımdır. Fridrix Nitsşe
  • İdrakı sönük başçıların qəfləti ancaq
    Etmiş, edəcək milləti həp əldə oyuncaq. Hüseyn Cavid
  • İnsan həyatı bir oyuncaq kimidir! Qəribə də olsa, bizim həvəslərimizi idarə edən gizli yaylar şəraitə uyğun dəyişir! Sabah nifrət edəcəyimizi bu gün sevirik, sabah xilas olmaq istədiyimizi bu gün axtarırıq, bu gün istədiyimiz sabah bizi lərzəyə salır. Daniel Defo
  • İnsanlar daim pis oyuncaqların dalınca qaçan uşaqlar kimidir.[1] Cəmil Məric
  • Kimin tərbiyə etməsindən asılı olmayaraq, uşaqlar haqsızlığı çox ağrılı qarşılayırlar. Haqsızlıq kiçik olsa da, uşağın özü də, dünyası da kiçikdir. Onun üçün yırğalanan oyuncaq at, bizim üçün ucaboy İrlandiya atı kimidir. Çarlz Dikkens
  • Neçin alçaqlara boyun əyirsən?
    Oyuncaq olursan namərdlərə sən?
    Nə üçün boynuna min yük alırsan?
    Zalımın zülmündən razı qalırsan?
    Qəlbi yumşaqlığı bir dəfə unut,
    Çiynini dağ kimi ucaqılda tut!
    Sən də süsən kimi ipəkdən olsan,
    Səni saf torpaq da yaralar inan!
    Zəlillik ürəyə ağrılar salar,
    Zülmə dözənlərin sonu olar xar.
    Tikantək çiynində tut yarağını,
    O vaxt qucaqlarsan gül budağını.
    İnsanı sarsıdar göz yaşı, nalə,
    Ah çəkib, of deyən yetməz kəmalə! Leyli və Məcnun (Nizami)
  • Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də. Sunay Akın
  • Sağalmaq necə də xoşdur! İnsana elə gəlir ki, o sanki yenicə dünyaya gəlib və onu hər boş şey sevindirir. O hər şeyə kiçik uşaq rəngarəng oyuncaqlara baxan kimi baxır. Rəşad Nuri Güntəkin
  • Uşaqlar müqəddəs və safdırlar. Onları öz əhval-ruhiyyənizin oyuncağı etmək olmaz. Anton Çexov

İstinadlar

[redaktə]