Persi Bişi Şelli
Görünüş
Persi Bişi Şelli | |||
Doğum tarixi | 4 avqust 1792 | ||
Doğum yeri | Horşam | ||
Vəfat tarixi | 8 iyul 1822 | ||
Vəfat yeri | Gulf of La Spezia | ||
Dəfn yeri | Roma protestant qəbiristanlığı | ||
|
Persi Bişi Şelli (1792–1822) — İngilis şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aşiqlərin dodaqlarında, ruh cana toxunur.
B
[redaktə]- Baş həmişə dəyişir, yaxşı ürək nadir hallarda dəyişir.
- Bəzi insanlar öz fikirlərini deyil, yalnız başqalarının fikirlərini düzəldə bilər.
- Böyük bir insanın qurduğu sistemi kiçik adamlar müdafiə edə bilməz, hətta bunun üçün böyük insan lazımdır.
C
[redaktə]- Cəhənnəm bir çox cəhətdən London kimi bir şəhərdir.
D
[redaktə]- Dostluq, əziz balzam… Buludlu üzlər arasında təbəssüm; sevimli günəş şüası; təklikdə qucaqlaşma; çətinliklərə sığınmaq; kədər içində sevinc.
E
[redaktə]- Evlilikdə biz cismani deyil, mənəvi sevgi göstərməkdən utanırıq; nikahdan əvvəl isə əksinə.
Ə
[redaktə]- Ən az nifrət edən insanlar nifrətini istehza və zarafatla göstərən insanlardır.
- Ən şirin mahnılarımız ən kədərli düşüncədən danışan mahnılardır.
G
[redaktə]- Gündəlik işlər sevgi ilə gözəlləşir.
H
[redaktə]- Həqiqi sevgi qızıl və gildən onunla fərqlənir ki, ayrılmış olduqda az olmur.
- Həmişə müdrik olmayan müdrik deyil.
İ
[redaktə]- İnsan bəzi şeylərlə öyünür ki, onlardan utanmasın.
- İnsanlar heç də yırtıcı heyvanlara bənzəmirlər. Meymun qəbiləsinin ən insanabənzər nümayəndəsi olan oranqutan belə, bütün üzvləri meyvə yeyən heyvanlar qrupuna aid deyil.
Q
[redaktə]- Qadınlar yad birinin ürəyini özlərindən daha yaxşı oxuyurlar.
- Qəlblər sevənlərin dodaqlarında görüşür.
N
[redaktə]- Nə qədər çox öyrənsək, bir o qədər cahilliyimizi ortaya qoyuruq.
Ö
[redaktə]- Ölən heyvanın əti mətbəx hazırlığı ilə "maskalanır", yəni yemək üçün yararlı hala salınır, ona görə də başqa cür çiy, qanlı reallığı görmək artıq ikrah və dözülməz iyrəncliyə səbəb olmur.
- Ölüm dirilərin həyat adlandırdığı bir pərdədir: yatırlar və pərdə qaldırılır.
P
[redaktə]- Poeziya ən yaxşı və ən xoşbəxt ağılların ən yaxşı və ən xoşbəxt anlarının möhürləndiyi bir abidədir.
S
[redaktə]- Sevgi cazibə və gözəllikdən doğulur. Zülm ediləndə ölür. İştirakçıları bərabər olduqda və qeyd-şərtsiz bir-birinə güvəndikdə ən saf və mükəmməldir.
- Sevgi öz "mən"ini hədlərindən kənara çıxmaq və digər insanda olan gözəlliklə birləşməkdir.
- Sevgi sehrdən doğulur.
Ş
[redaktə]- Şairlər dünyanın tanınmayan qanunvericiləridir.
- Şeir insanda ilahilik nəfəsini məhv olmaqdan qoruyur.
- Şöhrətin arxasınca qaçmayanların şöhrət arxasınca qaçar.
Ü
[redaktə]- Üzündə təbəssüm olmayan heç kim həqiqətən yaxşı geyinmir.
V
[redaktə]- Vərdiş edilmiş davranışlar sevgi sayəsində gözəl olur.