Qərəz

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Avropada son əlli il ərzində apardığımız döyüşlərin əksəriyyəti yəhudilərə qarşı qərəzlə mübarizə olub. İndi biz nə edəcəyik? Antisemit qərəzi anti-islam qərəzlə əvəz etmək? Bill Klinton

B[redaktə]

  • Başqasının azadlığını əlindən alan insan nifrət əsiridir, qərəz və dar düşüncənin barmaqlıqları arxasına kilidlənir. Başqasının azadlığını əlindən alıramsa, mən həqiqətən azad deyiləm, necə ki, azadlığım əlimdən alındıqda azad deyiləm. Məzlum da, zalım da insanlıqdan məhrumdur. Nelson Mandela

Ə[redaktə]

  • Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill

H[redaktə]

  • Hakimlər bütün canlılara qarşı qərəzsiz, insanların sevimlisi olmalıdırlar. Çanakya
  • Hər işdə özündən bilikli və qərəzsiz adamlarla məsləhət elə, insanın öz əqli hər işi bacarmağa qadir deyil. Abbasqulu ağa Bakıxanov

İ[redaktə]

  • İnsanlar tarixdən ibrət ala bilsəydi, bir çox şey öyrənə bilərdi! Lakin ehtiras və qərəz bizim gözlərimizi qamaşdırır və təcrübənin saçdığı nur, gəminin dalındakı fənər kim, yalnız arxada qalmış dalğaları işıqlandırır. Semuel Teylor Kolric
  • İtlərin kasıblara qarşı heç bir qərəzi yoxdur. Çin atalar sözləri

K[redaktə]

  • Kiçik yaşlarımdan müxtəlif haqsızlıqlara və təəssübkeşliklərə, xüsusən də hamının ən mənfur qərəzi olan irqçiliyə qarşı mübarizə aparmaq məcburiyyətində qaldım. Əminəm ki, bu məsələnin yalnız bir real həlli var: irqçiliyi irq qarışığına hopdurmaq. Jorje Amadu

Q[redaktə]

  • Qərəz, dözümsüzlük və dar düşüncə səyahət etmək üçün ölümcüldür. Mark Tven
  • Qərəz keçmişi qarışdıran, gələcəyi təhdid edən və indini əlçatmaz edən bir yükdür. Maya Angelou

M[redaktə]

  • Mənə tək kişi və ya qadın göstər, mən də sənə bir müqəddəs göstərim. Mənə iki ver və onlar aşiq olacaqlar. Mənə üç ver və onlar "cəmiyyət" dediyimiz füsunkar şeyi icad edəcəklər. Mənə dörd ver və onlar bir piramida quracaqlar. Mənə beş ver, birini küs edəcəklər. Mənə altı ver və onlar qərəzi yenidən kəşf edəcəklər. Mənə yeddi ver, yeddi ildən sonra müharibəni yenidən kəşf edəcəklər. Ola bilsin ki, insan Allahın surətində yaradılıb, lakin insan cəmiyyəti Onun əks sayının surətində yaradılıb və həmişə evə qayıtmağa çalışır. Stiven Edvin Kinq
  • Mənim fikrimcə, gənc yaşda optimizminiz daha çox olur və daha çox təxəyyülünüz var və s. Sizdə daha az qərəz var. Abdul Kalam
  • Mətbuat müəyyən cəmiyyətə ancaq o zaman yaxşı təsir göstərə bilər ki, o müzakirəyə qoyulan və bütün cəmiyyətə aid olan məsələyə tamamilə qərəzsiz yanaşsın və qəzetlərdə irəli sürülən fikirlər cəmiyyətin kütləsi üçün aydın olsun. Nəriman Nərimanov

Ş[redaktə]

  • Şəkillərə qərəzsiz bax, kitabı vicdanla oxu və necə yaşayırsansa, elə yaşa. Ernest Heminquey

İstinadlar[redaktə]