Qapalı

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Açıq ağıl çoxlarını qapalı bir hücrəyə apardı. Leşek Kumor
  • Ağzı qapalı balıq heç vaxt qarmağa keçməz. [1]Fuad Ələkbərov
  • Allergen xəstəliklər qapalı dairədir ki, insan onu o vaxt qıra bilər ki, özünün bütün streslərinin birinci səbəbi olan “məni sevmirlər” qorxusunu azad edir. Luule Viilma

E[redaktə]

  • Etiket - qapalı ağızla əsnəmək bacarığıdır. Brijit Bardo

X[redaktə]

Q[redaktə]

M[redaktə]

  • Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik. Əlif Şəfəq
  • Müsəlman qadınını düşdüyü qapalı həyatdan çıxarmaq üçün tək bir yol var, o da yalnız məktəb və məktəbdir. Ancaq bu məktəbi elə təşkil və təchiz etmək lazımdır ki, müsəlmanlar ona hüsnü-rəğbətlə, xeyirxahlıqla yanaşsınlar və tam inamla qızlarını ora göndərsinlər. Hacı Zeynalabdin Tağıyev

N[redaktə]

  • Napoleon gənc ikən leytenantlıq dövründə içinə qapalı bir insan idi. Olduğu mühitin ətrafında partilər verilər, insanlar dayanmadan əylənərkən Napoleon heç qatılmazdı. O passiv duruşu və solğun çöhrəli halını görənlərə belə deyərdi. "Tarix nümunələri ilə doludur, gün gəlir nəfəs çöhrəli, amma ehtiraslı olan adamlar önə çıxarlar və zəngin modabazların, ağıllanmaz gözəl fahişələrin və onların başçılarının hakimiyyətini əllərinə keçirərlər". Napoleon Bonapart

Ö[redaktə]

  • Öz obrazlarımın arxasında gizlənmək xoşuma gəlir. Mən çox qapalı insanam və populyarlıqla necə davranmaq lazım olduğunu da yaxşı öyrənə bilməmişəm. Ancelina Coli

S[redaktə]

  • Sevgisiz dünya qapalı pəncərənin arxasındakı külək kimidir. Nə toxuna, nə içinə çəkə bilirsən. Haruki Murakami

V[redaktə]

  • Vicdanlı qadınların çoxu qapalı xəzinələrdir, ancaq hələ heç kim onları axtarmadığı üçün toxunulmazdır. Fransua de Laroşfuko

Y[redaktə]

  • Yer üzündə heç bir bəndə öz sirrini gizlədə bilməz. Dodaqları qapalı qalsa da, əl barmaqları danışacaq. Ziqmund Freyd
  • Yəhərlənmədən heç bir at daşımaz. Qapalı qaba salınmasa buxar mühırrik işlədə bilməz. Niaqara tunelə salınmasa enerji istehsal edə bilməz. İntizam və məqsədyönlülük olmasa heç bir nailiyyətə nail olmaq olmaz. [2] Harri Emerson Fosdik

İstinadlar[redaktə]

  1. Фуад Виенто. Ветер Перемен
  2. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.199