Qoşun
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Azad sevgi? Sanki sevgi pulsuzdur! İnsan beyni satın aldı, amma dünyada milyonlarla insan sevgini satın ala bilmədi. İnsan bədənləri ram etdi, amma yer üzündəki bütün qüvvələr sevgini ram edə bilmədi. İnsan bütün xalqları fəth etdi, amma bütün qoşunları sevgiyə qalib gələ bilmədi. İnsan ruhu zəncirləyib, buxovlayıb, amma sevgi qarşısında tamamilə aciz olub. Uca bir taxtda, qızılının əmr edə biləcəyi bütün əzəmət və təmtəraqla, insan hələ də yoxsul və kimsəsizdir, əgər sevgi ondan ötrü keçərsə. Qalsa, ən kasıb ev hərarətlə, həyatla, rənglə nur saçar. Beləliklə, sevgi dilənçini padşah etmək üçün sehrli gücə malikdir. Bəli, sevgi pulsuzdur; başqa heç bir atmosferdə yaşaya bilməz. Azadlıqda özünü qeyd-şərtsiz, bol, tamamilə verir. Bütün nizamnamələr, kainatdakı bütün məhkəmələr onu torpaqdan qopara bilməz, Emma Qoldman
B
[redaktə]- Bank müəssisələri döyüşə hazır olan qoşunlardan daha təhlükəlidir. Tomas Cefferson
- Bütövlükdə İranda, xüsusən sarayda, böyüklər və əyanlar arasında daha çox türkcə danışılır, nəinki farsca... Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar ona fars dilindən daha artıq dəyər verirlər. Əsas səbəb budur ki, bütün qoşun əslən türk olan qızılbaşlardan təşkil olunmuşdur. Şahın müxtəlif tayfalardan olan qulamları da daha çox türkcə danışırlar və farsca bilmirlər. Buna görə də nəinki əmirlər qoşuna aid məsələləri türkcə çatdırırlar, hətta vaxtının çox hissəsini əcgərlər arasında keçirən şahın özü də dediklərinin başa düşülməsi üçün türkcə danışır. Nəticədə bu dil bütün sarayda, qadınlar və digərləri arasında geniş yayılmışdır. Petra della Valle
- 18 dekabr 1617-ci il tarixdə İsfahandan dostu Mario Eskipanoya yazdığı məktubdan:
C
[redaktə]- Cəmiyyətdə xurafatçılar qoşunda qorxaqlar kimidir. Onlar qorxunu hiss edir və başqalarında da vahimə yaradırlar. Volter
Ç
[redaktə]- Çoxlarına təəccüblü və anlaşılmaz görünür ki, əsrlər boyu davam edən monarxiya sisteminin süqutu öz ənənələrində tərbiyə olunan ordu arasında nəinki mübarizəni, hətta ayrı-ayrı fəsadları da yaratmadı. Ordu öz Vendini yaratmadı.... Kəskin etirazın yalnız üç epizodunu bilirəm: Petroqraddakı iğtişaşların ilk günlərində Baş Qərargah tərəfindən təşkil edilən general İvanovun Çarskoye Selo bölgəsindəki hərəkəti çox təcrübəsiz edildi və tezliklə ləğv edildi,və 3-cü süvari və qvardiya süvari korpusunun komandirləri Keller və Naxçıvanski tərəfindən göndərilən iki teleqram....Hər ikisi də "üsyanı" yatırmaq üçün özlərini və qoşunlarını dövlətin sərəncamına təqdim etdilər ...[1] Hüseyn xan Naxçıvanski haqqında
- General A.İ.Denikin.
D
[redaktə]- Dövləti ordu qazanır, dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar, vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır, rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar; (deməli) ədalət yoxdursa, rəiyyət də yoxdur. Fəzlullah Rəşidəddin
- Fəzlullah Rəşidəddinin oğlu Şihabəddinə məktubu.
Ə
[redaktə]- Əllamə Təkəli Səfəvi məmləkətinin ən gözəli olan (Azərbaycanı) rum sultanının nəzərində elə gözəl bəzəmişdi (tərifləmişdi) ki, sultan bircə gün də olsun bu arzudan yayına bilmir, bircə gecə də olsun onu ağuşa almaq xəyalından yuxuya gedə bilmirdi. Bu arzu (sultanı)nadan və haqtanımaz Əlqas Mirzəni ağlının gödəkliyi və ondan da artıq nadan olan bir neçə nəfərin təhrikiylə hücuma keçməyə yönəltdi. Belə ki, Əlqas Mirzə onu böyüdən və cahanın ən adil adamlarından olan belə mehriban qardaşın (I Şah Təhmasibin) xidmətindən yayınıb Rum diyarına getdi. Sultan Süleyman onun vücudunu əcəm mülkünü fəth etmək yolunda qənimət və sərmayə bilərək, elə boş xəyala və yalan sözlərə uydu və cahil adamlar qoşununun başında durub, bu tərəfə yürüşə yollandı. İsgəndər bəy Münşi
- Dünyanı bəzəyən Abbasın tarixi kitabından. [2]
M
[redaktə]- Movakanın, Şirvanın və Dərbənddən Xalxala qədər dəniz sahilinin hökmdarı Aqsartan (Axsitan) Georgiyə (1156-1184) oğul münasibəti bəsləyirdi. Çünki o, böyük hökmdar Davidin bu ölkələrə ərə verdiyi bibisi Tamarın oğlu idi. Dərbənd xəzərləri bu Şirvanşahı sıxışdırmağa başlayanda, o, kömək üçün hökmdara müraciət etdi, hökmdar Lix dağlarının hər iki tərəfindən qoşun topladı, yunan imperatorunun qardaşı Androniki də özü ilə götürüb, Dərbənd qapısından keçərək Müskür, Şarabama (Şəbəran) mahallarını viran etdi və Şabran şəhərini aldı. Hökmdar şəhərin qapıları qarşısında olarkən Andronik onun və bütün qoşunun diqqətini cəlb etdi. Georgi şəhəri dayısı oğlu Şirvanşaha verdi. [3] I Axsitan
- Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplusu.
- Müharibənin uğuru puldan deyil, yaxşı qoşunlardan asılıdır. Nikkolo Makiavelli
S
[redaktə]- Söz güllə, söz mərmi, söz qurşun gərək,
Söz müllət, söz ordu, söz qoşun gərək. Zəlimxan Yaqub
Ş
[redaktə]- Şirin başçılıq etdiyi qoyunlardan ibarət qoşun, qoyunun başçılıq etdiyi şirlərdən ibarət qoşuna həmişə qalib gələcək. Napoleon Bonapart
İstinadlar
[redaktə]- ↑ Деникин А. И. Глава VI. Революция и армия. Приказ № 1. Очерки русской смуты. Париж. 1921.том I.
- ↑ İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 səh.154.
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.27- 28