Sükan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağlınız və həvəsiniz dənizdə üzən ruhunuzun sükanı və yelkənləridir. Əgər yelkənləriniz cırılıbsa və ya sükanınız qırılıbsa, siz ancaq dalğalara minib axınla gedə və ya açıq dənizlərdə hərəkətsiz qala bilərsiniz. Çünki ağıl tək hökmranlıq məhdudlaşdıran qüvvədir; və bir ehtiras özünü yandıran bir alovdur. Cübran Xəlil Cübran
- Ancaq bir sivilizasiya var; sadəcə onun sükanı əldən ələ keçir. Tur Xander
B
[redaktə]- Bəşəriyyət fırtınada üzən gəmiyə bənzəyir. Kompas zədələnib, dəniz kartları köhnəlib, kapitan suda batıb, matroslar növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər vəziyyətini nəinki ekipaj üzvləri, eləcə də göyərtədəki sərnişinlərlə razılaşdırmaq lazımdır... Uinston Çörçill
D
[redaktə]- Deyirlər ki, bəzən avtomobil sükanı müasir mədəni insana qan iyinin pələngə göstərdiyi təsir kimi təsir göstərir. Amma yapon adi pələng deyil. O, təlimçinin əzab verib qızışdırdığı, cırnatdığı, qəsdən gülməyə və baş əyməyə məcbur etdiyi pələngdir, halbuki, bu pələng öz sahibini parçalamağa da hər daim hazırdır. Sükan arxasında əyləşərkən yapon qəti qana susamır. O, yalnız zəhləsini tökən intizamı, məhdudiyyətləri kənara atır. Özünü sağaltmağa, dərd-sərindən uzaqlaşmağa, acı xatirələrini unutmağa, onu nə sıxırsa hamısından yaxa qurtarmağa çalışır. Maşın sürəndə yapon sərbəstdir, onun heç bir məsuliyyəti yoxdur.
- Corc Mayks, “Qiyməti qalxan yen ölkəsi”. London, 1970
- Dil bədən dediyimiz gəminin sükanıdır. Tomas Fuller
G
[redaktə]- Gəmi sükana tabe olmadığda sualti qayalara tabe olur. Anatol Frans
İ
[redaktə]- İnqilabi fırtınalar zamanı gəminin sükanını avar çəkməyə belə yararsız olan insanlar idarə edirlər. Pyer Büast
- İnsanın xoşbəxtlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir. Nəsirəddin Tusi
M
[redaktə]- Məncə, ömrümüzün gəmisini istədiyimiz sahilə aparmaq üçün onun sükanını ələ almaq kifayətdir. Reşat Nuri Güntekin
N
[redaktə]- Nəfs bədənin sükanıdır. Sührəvərdi
Y
[redaktə]- Yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. Əbu Turxan
- Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər, Bakı, 2005