Savad
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır. Heydər Əliyev
H
[redaktə]- Hökmdar-ölkənin, ay-ulduzlu səmanın, ər- arvadın, savad isə hər kəsin bəzəyidir. Çanakya
Q
[redaktə]- Qəzetə yazı yazmaq adamdan böyük savad tələb eləmir, ancaq qəzeti oxumaq üçün gərək adamın müəyyən savadı və təcrübəsi olsun.[1] Yulius Şteynheym
M
[redaktə]- Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
N
[redaktə]- Nadana savad öyrətmək qocanı dağa çıxartmaq qədər çətindir. Samuel Batler
P
[redaktə]- Pul yığma, uşağına savad öyrət. Koreya atalar sözləri
S
[redaktə]- Savad qonaqdır, ağıl - ev yiyəsi. Abxaz atalar sözləri
- Savadın sahibi olmaq üçün çalışmağın xidmətçisi olmaq şərtdir. Onore de Balzak
- Savadsız xalq savadsıza alqış deyir, azca savadı olana heyrət edir, savadlını isə tanımaq belə istəmir. Bencamin Franklin
T
[redaktə]- Təkcə cəsarət azdır, savad da lazımdır. Fransua Apollini de Giber
V
[redaktə]- Var - dövlət, sərvət, həzz, nəcib mənşə, saflıq, savad, uzun həyat və sağlamlıq - bütün bunlar saleh həyatın meyvələridir. Çanakya
Y
[redaktə]- Yarımçıq savadı olan savadsızdan da savadsızdır. İbn Sina
- Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək savadı olmalıdır – yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. İlyas Əfəndiyev
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.312