Tələbat

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Bakıda kitab dükanları varsa, deməli kitaba tələbat var, insanlar kitab oxuyur. Bəhram Bağırzadə
  • Bir işlə məşğul olanda, deməyə bir şey olanda danışırlar. Avaralıqda isə fasiləsiz danışmaq tələbatı yaranır. Jan Jak Russo

Ç[redaktə]

  • Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir. İbn Sina

D[redaktə]

  • Düşünmək insanın başlıca qabiliyyətidir; onu ifadə etmək insanın başlıca tələbatı, yaymaq isə ən qiymətli azadlığıdır. Pyer Büast

İ[redaktə]

  • İncəsənət heç vaxt insanı tək qoymayıb, həmişə onun tələbatlarına və idealına cavab verib, bu idealı tapmaqda ona kömək edib, insanla doğulub, onun tarixi həyatı ilə yanaşı inkişaf edib. Fyodor Dostoyevski
  • İncəsənət insana yemək - içmək kimi lazımdır. Onu təcəssüm etdirən gözəllik və yaradıcılığıq tələbatı insanla ayrılmazdır və ola bilsin ki, insan onsuz yaşamaq istəməz. Fyodor Dostoyevski
  • İnsanda xoşbəxtlik tələbatı qoyulmuşdur. Deməli, o qanunidir. Lev Tolstoy

M[redaktə]

R[redaktə]

  • Rahatlıq nə qədər az olarsa, tələbat da bir o qədər az olar.Tələbat az olanda isə insan daha xoşbəxt olur. Jül Vern

T[redaktə]

  • Təhsilə tələbat hər bir insanda vardır. Nəfəs almaq üçün havanı sevən və axtaran xalq təhsili də sevir və axtarır. Lev Tolstoy
  • Tələbat ideyaların anası, fəaliyyət isə beşiyidir. İohann Fixte

Z[redaktə]

  • Zənginlik – böyük sərvət deyil, böyük tələbat qazandırar. Epiktet

İstinadlar[redaktə]